Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-703/2023 21.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə xx.xx.1973–cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Xutor Qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Adilov X2 Şəhər Məhkəməsinin 2(051)-137/2010 saylı xx.xx.2010-cu il tarixli, 2(051)-254/2010 saylı, xx.xx.2010-cu il tarixli, 2(051)-341/2010 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqələri üzrə 6880 manat, 500 manat və 1300 manat borcun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-137/2010 saylı xx.xx.2010-cu il tarixli, 2(051)- 254/2010 saylı, xx.xx.2010-cu il tarixli, 2(051)-341/2010 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqələri üzrə yaranmış 6880 manat, 500 manat və 1300 manat borc alınaraq tələbkara verilməlidir. Lakin borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş və ümumilikdə 8680 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)- 610/2022 saylı qərarı ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə borclu tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-254/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsi üzrə yaranmış 500 manat borc tələbkara ödənilmişdir. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Borclu Şəxs iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, icra vərəqəsi üzrə yaranmış aliment borcunu onun yerinə anası ödəmişdir. Tələbkarın əlilliyi ləğv olunduğundan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-254/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən təyin edilmiş 20 manat məbləğində alimentin və yaranmış 3020 manat məbləğində aliment borcunun ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-394/2023 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2010-cu il tarixli, 2(051)-254/2010 saylı qətnaməsinə əsasən müəyyən edilmiş Şəxs hər ay 20 manat məbləğində alimentin Zərərçəkmiş şəxs verilməsinə dair aliment öhdəliyinə xitam verilməsi və 2013-cü il tarixinin yanvar ayından başlayaraq 2023-cü il tarixinin iyun ayınadək yaranmış 2520 manat məbləğində aliment borcu silinməsi qət edilmişdir. Onun tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 254/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsi üzrə yaranmış borcundan 180 manat məbləği kart vasitəsilə tələbkara ödənilmişdir. Hazırda həmin icra vərəqəsi üzrə yaranmış 500 manat borcu da tələbkara ödəmişdir. 1300 manat borcunu da hər ay 300 manat olmaqla ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. X1 iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, borclu tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-254/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsi üzrə yaranmış borcundan 180 manat məbləğ kart vasitəsilə ona ödənilmişdir. Hazırda həmin icra vərəqəsi üzrə yaranmış 500 manat borcu da ona ödəmişdir. 1300 manat borcunu da hər ay 300 manat olmaqla ödəməsinə razıdır. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq qərar çıxarılmasını xahiş etmişdir. Borclu Şəxs və X1na məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə borclunun və tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-341/2010 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsindən görünür ki, 1300 manat məbləğində borcun Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-137/2010 saylı xx.xx.2010-cu il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X4 və xx.xx.2002-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs ayda hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin 15 dekabr 2009-cu il tarixdən başlayaraq tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-254/2010 saylı xx.xx.2010-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs ayda 20 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-394/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2010-cu il tarixli, 2(051)-254/2010 saylı qətnaməsinə əsasən müəyyən edilmiş Şəxs hər ay 20 manat məbləğində alimentin Zərərçəkmiş şəxs verilməsinə dair aliment öhdəliyinə xitam verilməsi və 2013-cü il tarixinin yanvar ayından başlayaraq 2023-cü il tarixinin iyun ayınadək yaranmış 2520 manat məbləğində aliment borcu silinməsi qət edilmişdir. İşdə olan xəbərdarlıq və izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-610/2022 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətə inzibati qaydada həbs edilmişdir. Beləliklə, borclunun və tələbkarın izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən təkrarən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu borcundan əvvəl 180 manat, hazırda isə mövcud borcundan 500 manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-703/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-703/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver