Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-704/2023 03.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Süleymanov X1 şəhər məhkəməsinin 2(051)-1540/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2580 manat borcunu ödəmədiyinə görə barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1540/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2580 manat ondan alnınıb X2 verilməlidir. Borcunu öədəmədiyi üçün 2022-ci il ərzində barəsində inzibati tənbeh tətbiq edilmişdir. Borcunu hər ay hissə-hissə ödəməsinə görə söz verir. Odur məhkəmədən bunları nəzərə alınmasını xahiş etdi. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1540/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən üzrə 2580 manat aliment borcu Şəxs alnınıb X2 verilməlidir. İcra sənədini icra etmə vəzifəsi və icra etməmənin hüquqi nəticələri Şəxs izah olunmuş, lakin o, icra sənədini icra etməkdən boyun qaçırmışdır. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmişdir. Lakin tələbkar ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və tələbkar aliment borcunun hər ay hissə-hissə ödənilməsinə razı olduğunu bildirmişdir.Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-762/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün inzibati həbs edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən məhkəmə hesab edir, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranan münasibətlər təşkil edir. Bu inzibati xətanın tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə iclasında Şəxs məhkəmə qərarının üzrsüz səbəbdən və qəsdən icra etməməsi müəyyən olunmadı. Belə ki, iş materiallarından da görünür ki, Şəxs xx.xx.2022ci il tarxdə barəsində 08 gün inzibati həbs edilmişdir. Borclu aliment borcunu hər ay hissəhissə ödəyəcəyini bildirmiş, tələbkar isə buna razı olduğunu qeyd etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi üçün əsaslar mövcud olmadığından onun barəsində olan inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə olan halda İXM-nin 528.1-1-ci maddənin tərkibi yaranmır. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tətbiq etmək məqsədə müvafiq deyil. İcra məmuru tərəfindən təqdim olunmuş sənədlərdən, borclunun izahatında da görünür ki, Şəxs borcunu qərəzli icra etməməsi barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Ona görə iş üzrə əməldə tərkib olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-704/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-704/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver