Məhkəmə qərarları › İş №3(051)-706/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-706/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-706/2021 02.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Mingəçevir ŞPŞ-də İTB-nin əməkdaşı X3, X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Xocalı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Xocalı şəhərində qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri X9 ev 109A ünvanında yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: Şəxs oğlu dələduzluq yolu ilə X5 500 manat pulu ələ keçirməklə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs oğlu ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, X5 500 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmişə dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. X2 da məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs oğlu ilə barışmışlar və o ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs oğlu barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Mingəçevir ŞPŞ-də İTB-nin əməkdaşı X4 məhkəmə iclası zamanı Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini nəzərə alaraq belə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.1-ci maddəsinin tələbinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şəxs əməlindən peşman olması, dəymiş ziyanı ödəməsi və zərər çəkmiş şəxslə barışması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclası zamanı onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmin Məcəllənin 53.0.10-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar