Məhkəmə qərarları › İş №3(051)-706/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-706/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-706/2023 06.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Elza Cəbrayılzadə Vaqif qızı, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, xx.xx.1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157-ci maddəsi ilə inzibati icraat materiallarına baxaraq Müəyyən etdim: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri M.Maqomayev 75-in qarşısında şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı X2 döymüşdür. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X4 məhkəmə iclasında protokola uyğun izahat verərək qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o marketdən qayıtdıqdan sonra yaşadığı binanın qarşısındakı skamyada əyləşmiş yanında isə qonşusu Nailə əyləşmişdi. Həmin zaman binada yaşayan digər şəxslərə iradını bildirən zaman, ona bildirmişdir ki, qonşuları təhqir etməsin. Bundan sonra Nailə vurdmuş, dodağını partlatmış, evinə çıxmaq istəyən vaxtı onun dalınca gələrək, saçından tutub yolmağa başlamışdır. Qonşular araya girərək, Nailəni ondan aralamağa çalışdılar. Nailəyə heç bir xəsarət yetirmədiyini bildirdimişdir, əksinə o, onu təhqir edib yüngül xəsarətlər yetirmişdir. Hazırda barışıq əldə ediblər. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı binanın qarşısındakı skamyada əyləşmiş yanında isə qonşusu Nailə əyləşmişdi. O, həmin vaxt binada yaşayan digər şəxslərə iradını bildirdikdə, yanında əyləşən Gülnar onun sol qolundan çimdikləmiş və həmin qoluna bir dəfə yumruq zərbəsi vurmuşdur. Hadisə zamanı özü Gülnara heç bir xəsarət verməmişdir. Hazırda Şəxs ilə barışıq əldə etdikləri üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 30 iyul 2023-cü il tarixli 445 №-li rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- sol said nahiyyəsində sıyrıq və sol bazuda qançır küt əşyanın (alətlərin) təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Məhkəməyə təqdim edilmiş ərizələrə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxslər barışıq əldə etdiklərindən iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 06 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini nəzərə alaraq məhkəmə hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 39-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 48–50, 53, 106, 112, 114, 117 və 128–130-cu maddələrini rəhbər tutub Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar