Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-707/2021 09.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X3, İcra və Probasiya şöbəsinin icra məmuru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X7 qızının iştirakı ilə, 25.06.1978-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri 3 saylı Qaçqın qəsəbəsində yaşayan Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq müəyyən e t d i m: Mingəçevir şəhər Məhkəməsinin 2 (051)-609/2021 saylı 30.03.2021-ci il tarixli icra sənədi üzrə 1650 manat borcundan 930 manat pulu ödəmədiyinə, qərarın icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə görə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-609/2021 saylı 30.03.2021-ci il tarixli qərarına əsasən 1650 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 pulun manat pulun ondan və qardaşı X5 alınıb X2 verilməlidir. Maddi imkanı olmadığına görə pulu tam ödəyə bilməmişdir. Borcundan 930 manat qalmış, həmin borcdan da hazırda 300 manat ödəmişdir. Borcun qalan hissəsinin ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlmişlər. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etməmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-609/2021 saylı 30.03.2021-ci il tarixli qərarına əsasən Şəxs və X5 1650 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 pulun manat pul alınıb ona verilməsi qət edilmişdir. Borclu Şəxs borcun bir hissəsini ödəmişdir, qalan hissəsinin ödənilməsi ilə əlaqədar razılığa gəlmişlər. Ona görə də işin icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2 (051)-609/2021 saylı 30.03.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs və X5 1650 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 pulun manat pul alınıb X2 verilməlidir. Borclu Şəxs icra sənədini icra etmədiyinə, 930 manat borcu olduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs borcundan da 300 da manat ödəmişdir. Qalan borcun ödənilməsi ilə bağlı tərəflər razılığa gəlmişlər. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında müəyyən edildi ki, Şəxs borcu üzrsüz səbəbdən deyil, maddi imkanı olmadığına görə ödəyə bilməmişdir və tərəflər həmin borcun ödəməsi ilə bağlı razılığa gəlmişlər. Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə iclasında müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci mddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci madəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində 930 manat borc ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində 930 manat borcla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-707/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-707/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver