Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-708/2020 18.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı X2, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Şəki rayonunda anadan olmuş Azəraycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şəki rayonu Cəfərabad kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 10 ünvanda yaşayan Şəxs qızı barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şəbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq Müəyyən e t d i m: Şəxs, ictimai işlərə cəlb olunması haqqında Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarını icra etmədiyinə görə barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında bildirdi ki, o, İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(051)-352/2020 №li qərarı ilə 170 saat ictimai işlərə cəlb olunmuşdur. Ancaq səhhəti ilə Bğlı əvvəl işləyə bilmədiyinə görə qərarı icra edə bilmədi. Lakin hazırda Mingəçevir şəhər MKTİB-də işlə təmin olunmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X1 izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsdinin xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 170 saat müddətində ictimai işlərə cəlb edilmişdir. Lakin Şəxs barəsində qəbul edilmiş qərarın icrasından qərəzli olraq boyun qaçırmışdır. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin hazırda Şəxs ictimai işlə təmin olunmuşdur. İş materiallarından göründüyü kimi Mingəçevir şəhər məhkəməsinin 3(051)-352/2020 №li xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 170 saat müddətinə ictimai işlərə cəlb edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Mənzil Kommunal Təssərüfatı İstehsalat Birliyinin tərəfindən 277 №li 17.11.202-ci il tarixli məktubda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdənxx.xx.2021-ci il tarixədək İ-V günlər dörd saat(08:00-dan 12:00-dək), xx.xx.2021-ci il tarixdə isə 2 saat işləməklə 170 saat müddətinə ictimai işlə təmin olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə-üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs əvvəl səhhətində olan problemlə bağlı qərarı icra edə bilməmişdir. Hazırda isə ictimai işə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələri rəhbər tutub Qərara a l d ım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-708/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-708/2020
18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver