Məhkəmə qərarları › İş №3(051)-708/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-708/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-708/2023 07.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxs: X1 iştirakı ilə xx.xx.1988–ci il tarixdə Ağdam rayonu, Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxsnın Azərbaycan Respublikası İXM–in 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Kür kompyuter zavodunun qarşısında X3 ilə uca səslə sözlü mübahisə etdiyi zaman, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, o, ticarətlə məşğul olur. X3 da eyni zamanda ticarətlə məşğul olur. Hər ikisinin geyim mağazası var. Mehman İsmayılov topdan satışla mal əldə etdikləri yerlə əlaqə saxlayıb, oradan ona mal göndərilməməsini xahiş etmişdir. Bu isə onun Mehman İsmayılovdan fərqli olaraq gətirdiyi geyimləri daha ucuz qiymətə satması ilə bağlı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində aralarında olan mübahisə də bununla bağlı idi. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları nizam-intizama dəvət etmişlər. O isə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, hərəkətlərini davam etdirmişdir. Oana görə də polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, məhkəmədən inzibati tənbeh tədbiri tətbiq edərkən izahatında göstərdiyi halların nəzərə almasını xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 göstərdi ki, ticarətlə məşğul olur. İnzibati xətanı törətmiş şəxs Şəxs da eyni zamanda ticarətlə məşğul olur. Hər ikisinin geyim mağazası var. O, topdan satışla mal əldə etdikləri yerlə əlaqə saxlayıb, oradan Şəxs mal göndərilməməsini xahiş etmişdir. Belə ki, Şəxs gətirdiyi geyimləri daha ucuz qiymətə satır, nəticə o, ziyan edir. Ona görə də topdan satış mərkəzinə öz iradını bildirmişdir. Bu hal isə onun ticarət fəaliyyətinə mənfi təsir etmiş və aşağı düşməsinə səbəb olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində aralarındakı olan mübahisə də bununla bağlı idi. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları polis şöbəsinə dəvət etmişlər. Odur ki, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən izahatında göstərdiyi halların nəzərə almasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis Şöbəsinin YYÇPİTQ-nun inspektoru polis kapitanı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində xidmətdə olduqları zaman Kür kompyuter zavodunun qarşısında iki nəfər şəxsin mübahisə etdiklərini görmüş, onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onları nizam-intizama dəvət etmişlər. Sonradan adı ona məlum olan Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, X2 qarşı nalayiq ifadələr işlədərək onun üzərinə hücum etməyə çalışmışdır. Onlar həmin şəxsləri yenidən nizam-intizama dəvət etmiş və maşına əyləşdirib Mingəçevir ŞPŞ-nə gətirmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin YYÇPİTQ-nun inspektoru polis kiçik leytenantı X5 da şahid X4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Kür kompyuter zavodunun qarşısında X3 ilə uca səslə sözlü mübahisə etdiyi zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 1072 №-li xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs xx.xx.2013-cü il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs ümumi xəstəlik – 2-ci qrup əlillik üzrə 220 manat məbləğində pensiya alır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Kür kompyuter zavodunun qarşısında X3 ilə uca səslə sözlü mübahisə etdiyi zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini nəzərə alaraq, Şəxs barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 34.1, 34.3, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar