Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-709/2020 23.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Şəfiyeva Könül Səməd qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5, borclu Şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 mənzil 12 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq Müəyyən etdim: Məhkəmənin qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə və məhkəmə iclasının qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(051)-3591/2015 saylı icra sənədinə əsasən ondan 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 80 manat, cəmi 160 manat məbləğində alimentin alınıb tələbkar X2 verilməsinə dair icra sənədindən xəbərdardır və icra məmurunun tələbin dərhal icrası ilə bağlı bildirişini almışdır. Hazırda aliment borcunu ödəmişdir. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X5 izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(051)-3591/2015 saylı icra sənədinə əsasən X1 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 80 manat, cəmi 160 manat məbləğində alimentin alınıb tələbkar X2 verilməsi qət edilmişdir. Borclu qətnaməni lazımi qaydada icra etməmiş buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir, lakin hal hazırda borcunu ödəmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranan münasibətlər təşkil edir. Bu inzibati xətanın tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə iclasında Şəxs məhkəmə qərarının üzrsüz səbəbdən icra etməməsi müəyyən olunmadı. Belə ki, iş materialları və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs hazırda aliment xx.xx.2020-ci il tarixli protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Belə olan halda İXM-nin 528.1-ci maddənin tərkibi yaranmır. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tətbiq etmək məqsədə müvafiq deyil. İcra məmuru tərəfindən təqdim olunmuş sənədlərdən isə görünür ki, Şəxs aliment borcunu qərəzli icra etməməsi barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Ona görə iş üzrə əməldə tərkib olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 195-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov Azərbaycan Respublikası Mingəçevir şəhər məhkəməsi № _______________ «____» __________ 2020-ci il Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin rəisi cənab Eynur Babayevə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati iş üzrə Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(051)-140/2020 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma : Qərarın surəti 01 (bir) vərəq. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov Azərbaycan Respublikası Mingəçevir şəhər məhkəməsi № _______________ «____» __________ 2020-cu il ünvan 2 mənzil 30 ünvanında yaşayan X4 Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli3(051)-129/2020 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma : Qərarın surəti 01 (bir) vərəq. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLANMASİ HAQQİNDA Q Ə R A R D A D xx xxxxxx 2020-ci il Mingəçevir şəhəri Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Ə.Hüseynov, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər məhkəmə icraçılar bölməsindən daxil olmuş inzibati materiala baxaraq, M ü ə y y ə n e t d i m: Həmin materialın baxılması hakimin səlahiyyətinə aiddir. İşin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcüd deyil. İnzibati xəta protokolu və işin materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmişdir. İşin icraatını rədd edən və dayandıran hallar mövcud deyildir. İnzibati işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. İnzibati iş üzrə vəsatət, etirazlar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,108,110.1.1 və 110.1.2-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m : X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati material icraata qəbul edilsin. İşin açıq məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə saat 15:30-a təyin edilsin. Məhkəmə baxışı Azərbaycan dilində aparılsın. İşin məhkəmə baxışı xəta törədən şəxsin iştirakı ilə aparılsın. Məhkəmənin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-709/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-709/2020
23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver