Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-71/2024 12.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs: X3 və müdafiəçisi Vəkil iştirakı ilə, Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli 00100/02954 saylı inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli 00100/02954 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın milli valyutada ifadə olunan dəyərinin, yəni 11594 manatın 45 % həddində, yəni 5217 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Barəsində qərar çıxarılmış X6 Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli 00100/02954 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Barəsində qərar çıxarılmış X6 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə etdi, əsasən şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00100-03792/23 saylı inzibati xəta haqqında protokoldan tam olaraq narazıdır. Belə ki, sözügedən protokol əsassızdır. Protokol və onun əsasında çıxarılmış qərar tam əsassız olmaqla iş araşdırılmadan qərar çıxarılmışdır. Sözügedən qərarı bir neçə gün əvvəl, yəni xx.xx.2024cü il tarixdə əldə etmişdir. O, Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə təqsirli bilinərək 5217 manat məbləğində inzibati cərimə edilmişdir. Sözügedən protokolda və qərarda bildirilir ki, X1 fəaliyyəti ilə əlaqədar Türkiyədə fəaliyyət göstərən “X8 Sanayi və Ticaret Limited” şirkəti ilə 01 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə bağlayıb malların dəyəri sonradan ödənilmək şərti ilə 6820 ABŞ dolları qiymətinə sataraq xx.xx.2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6707 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, malları “konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac etmişdir. Lakin 180 gün müddət keçməsinə baxmayaraq, 6820 ABŞ dolları məbləğində vəsait geri qaytarılmamışdır. Lakin həmin qərarın ona heç bir aidiyyatı yoxdur. Belə ki, o, Rusiya Federasiyasına heç bir mal ixrac etməmiş və qərarda göstərilən 10659.81 ABŞ dollarının ona heç bir aidiyyatı yoxdur. X4 Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunsa da, protokol və qərarda olan tarix 2019-cu ilə aiddir. Həmin tarixin ortaya çıxdığı tarix 180 gün belə hesablansa 2019-cu ilin sonuna belə gəlib çıxmır. İXM-in 38-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarından da göründüyü kimi inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Lakin indiyə kimi həmin vaxtdan artıq 5 il keçmişdir. Artıq 5 il keçməsinə baxmayaraq, qanunsuz olaraq İXM-in 38-ci maddəsinin tələblərini pozmaqla cərimə olunmuşdur. Üçüncüsü maddənin sanksiyasında xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilməsi yazılsa da, onu qəsdən 50 faiz civarında cərimə etmişlər. Dördüncüsü onun əməlində İXM-in 483-cü maddəsinin pozulması hansı səbəbdən və hansı əsasla müəyyən olunmuşdur? Onun sözügedən iş üzrə pulu hər hansı şirkət tərəfindən verilmirsə, o nə etməlidir? O şəxsi Türkiyədə necə tapsın və hansı tədbiri görsün? Bu haqsızlıqdır. Bundan əlavə iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti də keçdikdən sonra barəsində inzibati cərimə tətbiq edilmişdir. O, sözügedən protokolun tərtib edilməsində iştirak etməmiş, protokol onun yanında tərtib edilməmiş və izahatı alınmamışdır. Bundan əlavə İXM-in 8.2ci maddəsinə əsasən təqsirsizliyini sübut etməyə borclu deyildir. Bunu protokolu tərtib edən şəxslər etməlidir. Onun təqsiri isə sübut olunmamışdır. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli 00100/02954 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Qərarı barəsində şikayət verilmiş Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, vəzifəli şəxs və ya onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın milli valyutada ifadə olunan dəyərinin, yəni 11594 manatın 45 % həddində, yəni 5217 manat məbləğində inzibati cərimə tətbiq edilməsi haqqında Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli 00100/02954 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 00100-03792/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının” 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidirlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə fəaliyyəti həyata keçirməklə vəzifəli şəxs hesab edilən X1 fəaliyyəti ilə əlaqədar Türkiyədə fəaliyyət göstərən “X8 Sanayi və Ticaret Limited” şirkəti ilə 01 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə bağlayıb malların dəyəri sonradan ödənilmək şərti ilə 6820 ABŞ dolları qiymətinə sataraq xx.xx.2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6707 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, malları “konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməli olduğu halda, **********6707 sorğu nömrəli gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 11594 manat təşkil edən 6820 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X2 xx.xx.2023-cü il tarixli 00100/02954 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vəzifəli şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın milli valyutada ifadə olunan dəyərinin, yəni 11594 manatın 45 % həddində, yəni 5217 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan gömrük bəyannaməsinin, köçürmələrin və kontraktın surətindən görünür ki, X6 “X8 Sanayi və Ticaret Limited” şirkəti ilə 01 nömrəli xx.xx.2019cu il tarixli müqavilə bağlayıb malların dəyəri sonradan ödənilmək şərti ilə 6820 ABŞ dolları qiymətinə sataraq xx.xx.2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6707 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X3 barəsində inzibati xəta haqqında protokol qanunda nəzərdə tutulmuş müddət keçdikdən sonra tərtib edildiyinə görə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının” 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidirlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə fəaliyyəti həyata keçirməklə vəzifəli şəxs hesab edilən X1 fəaliyyəti ilə əlaqədar Türkiyədə fəaliyyət göstərən “X8 Sanayi və Ticaret Limited” şirkəti ilə 01 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə bağlayıb malların dəyəri sonradan ödənilmək şərti ilə 6820 ABŞ dolları qiymətinə sataraq xx.xx.2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6707 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, malları “konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməli olduğu halda, **********6707 sorğu nömrəli gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 11594 manat təşkil edən 6820 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Göründüyü kimi xx.xx.2019-cu il tarixdə ixrac edilmiş yükün dəyəri olan 6820 ABŞ dolları məbləğində vəsait xx.xx.2019-cu il tarixdək, yəni 6 ay ərzində barəsində protokol tərtib edilmiş vəzifəli şəxsin müvəkkil bankda olan hesabına köçürülməli olduğu halda köçürülməmişdir. Həmin tarixdən də inzibati xəta törədilmişdir. Belə olan halda inzibati protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs ixrac əməliyyatı aparmış vəzifəli şəxsin barəsində bir il ərzində inzibati xəta haqqında protokol tərtib etmək hüququna malik olmuşdur. Lakin səlahiyyətli vəzifəli şəxs inzibati xətanın törədildiyi gündən 4 il 1 ay 7 gün keçdikdən sonra vəzifəli şəxsin barəsində protokol tərtib etmiş və həmin prorkol əsasında onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Məhkəmə protokol tərtib etmiş vəzifəli şəxsin müddət keçdikdən sonra protokol tərtib etməsini və həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul etməsini, İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın blanket dispozisiya tərkibli uzanan inzibati xətalara aid olması ilə əsaslandırmasını işin həqiqi hallarına uyğun hesab etmir. Belə ki, inzibati xətanın uzanan olması, heç də o nəticəyə gəlməyə əsas vermir ki, uzanan inzibati xətaları bütövlükdə vaxtında aşkar etmək mümkün deyildir. Bununla belə protokol tərtib etmiş vəzifəli şəxs inzibati xətanın uzanan inzibati xətalara aid olmasını qeyd etsə də, törədilmiş inzibati xətanın aşkar olunmasını qeyri-mümkün edən halların nədən ibarət olmasını göstərməmişdir. İşin müəyyən olunmuş hallarına görə barəsində protokol tərtib edilmiş vəzifəli şəxs tərəfindən dəyəri 6820 ABŞ dolları olan mallar konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılmış, yəni ixrac əməliyyatı qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. İxrac olunan həmin malların müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə nəzarət etmək aidiyyəti dövlət orqanlarının vəzifəsi olmuşdur. Belə olan halda qeyd olunan inzibati xətanın vaxtında aşkar edilməməsi, həmin inzibati xətanın uzanan və yaxud davam edən inzibati xəta olması ilə heç bir əlaqəsi yoxdur. Çünki barəsində protokol tərtib edilmiş vəzifəli şəxsin həmin inzibati xətanın aşkar edilməsinin qarşısını almaq, yəni onu gizlətmək və yaxud qaçıb gizlənmək yolu ilə inzibati məsuliyyətdən digər formada yayınmaq imkanı olmamışdır. İnzibati xətanın törədilməsinə səbəb olan ixrac əməliyyatı elektron gömrük xidməti vasitəsilə həyata keçirilmişdir. Belə olan halda vəzifəli şəxsin törətdiyi inzibati xətanın real vaxt rejimində aşkar edilməsi üçün heç bir maneə olmamışdır. Göründüyü kimi inzibati xəta uzanan inzibati xətalar qrupuna aid olsa da, törədildiyi gündən aşkar edilməsi üçün kifayət qədər əlverişli şərait olmuşdur. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü maddəsinə əsasən İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir. Həmin Qaydaların 12.4-cü maddəsinə əsasən müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Mərkəzi Banka ötürürlər. Həmin Qaydaların 12.5-ci maddəsinə əsasən Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. Həmin Qaydaların 12.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər. Göründüyü kimi Qaydaların istinad olunan normalarında İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Dövlət Gömrük Komitəsinin nəzarət etməsi göstərilmişdir. Bu məqsədlə də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edilməsi imperativ qaydada müəyyən edilmişdir. Belə olan halda qeyd olunan inzibati xətanın vaxtında aşkar edilməməsi, həmin xətanın uzanan inzibati xətalara aid olması ilə bağlı olmamış, yalnız aidiyyəti dövlət orqanının həmin xətanın vaxtında aşkar edilməsi və qarşısının alınması ilə bağlı qanunda nəzərdə tutulmuş zəruri tədbirləri həyata keçirməməsindən irəli gəlmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, inzibati xəta törədildiyi andan aşkar olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 10-cu maddəsinin tələbinə görə dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Məhkəmə hesab edir ki, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın milli valyutada ifadə olunan dəyərinin, yəni 11594 manatın 45 % həddində, yəni 5217 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli 00100/02954 saylı inzibati tənbeh vermə haqqında qərarı müddət keçdiyinə görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 128-130, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın milli valyutada ifadə olunan dəyərinin, yəni 11594 manatın 45 % həddində, yəni 5217 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli 00100/02954 saylı inzibati tənbeh vermə haqqında qərarı müddət keçdiyinə görə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-71/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-71/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver