Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-710/2020 12.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Mingəçevi şəhəri Xətai küçəsi ev 1, mənzil 1ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: Şəxs barəsində tətbiq edilmiş 160 saat müddətinə ictimai işlərə cəlb olunması haqqında Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarını qanunla müəyyən olunmuş müddətdə icra etməmişdir. İş materiallarından göründüyü kimi, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı iləŞəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə olumuşdur. Sonradan təyin edilmiş cərimə cəzasını icra etmədiyi üçün Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə 160 saat müddətinə ictimai işlərə cəlb edilmişdir. Məhkəmə iclasında baəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 160 saat müddətinə ictimai işlərə cəlb olunması haqqında inzibati tənbehin çəkilməsindən boyun qaçırtmamışdır. Belə ki, səhəttində problem olduğu üçün işləyə bilməmişdir. Ona görə də ictimai işlər növündə cəzanı vaxtında icra edə bilməmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı iləŞəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Daha sonra Şəxs həmin cərimə cəzasını icra etmədiyinə görə Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən 160 saat müddətinə ictimai işlərə cəlb edilmişdir. Lakin, Şəxs barəsində qəbul edilmiş qərarın icrasından qərəzli olaraq boyun qaçırtmışdır. Lakin, Şəxs barəsində qəbul edilmiş qərarın icrasından qərəzli olaraq boyun qaçırtmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb hesab edirəm ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 ay (bir) müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №3(051)-710/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-710/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver