Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-710/2023 11.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.1967-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1754/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2500 manat pul tutularaq, X5 ödənilməlidir. Borclunun hal-hazırda borcu 2500 manat təşkil edir, lakin o, öhdəliklərini könüllü olaraq icra etmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu, Şəxs barəsində xx.xx.2023cü il tarixdə borclunun axtarılması haqqında qərar çıxarılıb icra olunması üçün polis şöbəsinə göndərilmişdir. Hazırda borclu axtarış ilə gətirilmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, borcun olması barədə xəbəri vardır, o, ödəməkdən imtina etmir. Birdəfəlik ödəməyə isə maddi imkanı yoxdur. Hazırda isə özü ilə 150 azn gətirmişdir ki, az bir hissəsini ödəsin. Qalan məbləği isə, 15 ay ərzində hissə-hissə olmaqla 150 manat ödəyəcəyinə söz verir. Beləliklə o, göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. X2 məhkəmə iclası zamanı bildirdi ki, protokolun dəlillərini müdafiə edir borcunun hissə-hissə ödənilməsinə razı deyil. Tam ödənilməsini xahiş edir. Odur ki, ödəmədiyi halda onun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1754/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə ümumilikdə 2500 manat pul borcu yaranmışdır. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1754/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 2500 manat məbləğində pul tutulub X4 xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1754/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Şəxs Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatlarından görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1754/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən yaranmış borcdan xəbəri var, maddi imkanı olmadığı üçün icra edə bilmir. İşdə olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borculu Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1754/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs icra sənədinin icrasından boyun qaçırır, onun iş yeri və yaşayış yeri məlum deyildir. İşdə olan qəbzdən görünür ki, Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru borclu Şəxs məhkəmə zalında 150 manat pulu tələbkara təqdim edilməsi üçün qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamanəsi ilə üzərinə qoyulmuş pul öhdəliyini yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 1754/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. O, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da, öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar olduğundan yəni, inzibati xəta törətmiş şəxsin əməlindən səmimi peşmançılığı, iş üzrə məsuliyyəti ağırlaşdıran hallar olmadığından, məcmu sübutları qiymətləndirərək, eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs məhz məhkəmə iclası zamanı borcundan 150 manat ödəniş etməsi sonuncunun hazırki inzibati məsuliyyətdən yayınma niyyəti daşıyır. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-710/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-710/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver