Məhkəmə qərarları › İş №3(051)-711/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-711/2020

12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-711/2020 12.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Yusifov Rafiq Adil oğlunun katibliyi, Mingəçevir şəhər İcra şöbəsinin İcra məmuru X1 iştirakı ilə, xx xxxx 1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: Şəxs barəsində tətbiq edilmiş hər biri üzrə 80 manat, cəmi 560 manat inzivatə cərimə olunması barədə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis böləsinin MN ******* nömrəli, xx.xx.2018-ci il tarixli, MN0106684 nömrəli, xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarlarını qanunla müəyyən olunmuş müddətdə icra etməmişdir. İş materiallarından görünür ki, Şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis böləsinin MN ******* nömrəli, xx.xx.2018-ci il tarixli, MN0106684 nömrəli, xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İXMnin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək hər biri üzrə 80 manat, cəmi 560 manat məbləğdə inzibati cərimə edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən cəriməni 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis böləsinin MN ******* nömrəli, xx.xx.2018-ci il tarixli, MN0106684 nömrəli, xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cəmi 560 manat məbləğdə inzibati cərimə edilmişdir. Qərarı icra etməkdən boyun qaçırmır. Hal hazırda həmin borcu ödəyə bilmir. İşləmir, ailəlidir, 4 övladı var. Səhhəti ilə bağlı problemləri var, belə ki, Mngəçevir şəhəri psixi nevroloji dispanserində qeydiyyatdadır. Gələcəkdə işlə təmin olunsa ödəniş edəcək. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis böləsinin MN ******* nömrəli, xx.xx.2018-ci il tarixli, MN0106684 nömrəli, xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarlarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 560 manat məbləğdə inzibati cərimə edilmişdir. Lakin Şəxs indiyə kimi qərarı müxtəlif bəhanələr gətirərək icra etməmiş və qərar icrasız qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 529.1 və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə yekun qərar qəbul edənədək cəriməni ödəməmişdir. Məhkəmədə Şəxs qanunla müəyyən edilmiş qaydada cəriməsini ödəməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 160 saat müddətinə ictimai işlərə cəlb edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar