Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-711/2021 17.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə, xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, 09.08.2010-cu il təvəllüdlü Ramal və 18.08.2007-ci il təvəllüdlü Rəsul adlı uşaqların saxlanması üçün Yevlax Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan alimentin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Yevlax Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(039)-1981 saylı qətnaməsinə əsasən 18.08.2007-ci il təvəllüdlü Rəsul və 09.08.2010-cu il təvəllüdlü Ramal adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X3 verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuşdur. Borclunun hazırki vaxta olan aliment borcu 720 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə işə məhkəmədə baxılan zaman borclu tələbkarın borcundan 250 manat və 100 manat olmaqla ümumilikdə 350 manat ödəniş etmişdir. Hazırda onun 370 manat borcu qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. İştirak etdiyi məhkəmə iclası zamanı borclu Şəxs oğlu izahatında göstərdi ki, həqiqətən Yevlax Rayon Məhkəməsinin 2(039)-1981 saylı 30.10.2020-ci il tarixli icra sənədi ilə ondan 18.08.2007-ci il təvəllüdlü Rəsul və 09.08.2010-cu il təvəllüdlü Ramal adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla, 240 manat sabit pul məbləğində alimentin alınıb tələbkara verilməsi qət edilmişdir. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Belə ki, o, çilingər olduğunu qeyd edərək iş olduqca ayda 200 manat pul ödəyə biləcəyini qeyd etmişdir. O, tələbkara olan borcunun bir qismini ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclası zamanı tələbkar X4 izahatında göstərdi ki, borclu təyin edilmiş aliment borcunu ödəməkdən yayınmış, bu səbəbdən icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Hazırda borclu ona olan borcunun bir qismini ödəməyə söz vermiş, o da borclu ilə həmin şərt daxilində razılığa gəlmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1981 saylı 30.10.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 18.08.2007-ci il təvəllüdlü Rəsul və 09.08.2010-cu il təvəllüdlü Ramal adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla, 240 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X3 verilməsi qət edilmişdir. İşdə olan 09.09.2021-ci il tarixli qəbzdən və icra məmuru tərəfindən tərtib edilmiş 17.09.2021-ci il tarixli aktdan görünür ki, borclu yığılmış aliment borcundan 250 manat və 100 manat olmaqla, ümumilikdə 350 manat ödəniş etmişdir. İş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə yığılmış 720 manat aliment borcundan 350 manatını ödəmiş, qalıq borcunu isə ödəməsi ilə bağlı tələbkarla razılığa gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu X2 əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-711/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-711/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver