Məhkəmə qərarları › İş №3(051)-712/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-712/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-712/2021 07.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, İcra və probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs Muradova (Əliyeva) Rəvanə İlyas qızının nümayəndəsi və vəkili X2 iştiraki ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəki Apelyasiya məhkəməsinin 2(107)-98/2021 №li 22.02.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs alınıb anaları 02.04.2016-cı il təvəllüdlü Məhəmməd və 22.12.2017-ci il təvəllüdü Zəhra adlı uşaqları anası Muradova (Əliyeva) Rəvanə İlyas qızının verilməlidir. Şəxs icra sənədini icra etmədiyinə görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin icra sənədinə əsasən birgə nikahdan doğulmuş Məhəmməd və Zəhra adlı azyaşlı uşaqlar ondan alınıb analarına, Muradova (Əliyeva) Rəvanə İlyas qızına verilməlidir. O, icra sənədini icra etməkdən boyun qaçırmamışdır. Lakin tələbkarla faktiki ayrıldıqdan sonra uşaqlar uzun müddətdir ki, onun yanında qaldıqlarına görə analarının yanına getməkdən imtina edirlər. Hər dəfə icra sənədini icra etməyə cəhd edildikdə uşaqlar ağlayaraq ondan ayrılmır, anaları ilə getmək istəmirdilər. Ancaq hazırda icra sənədi icra olunmuş, uşaqlar ondan alınıb analarına verilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Muradova (Əliyeva) Rəvanə İlyas qızının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin icra sənədinə əsasən Məhəmməd və Zəhra adlı uşaqlar Şəxs alınıb anaları Muradova (Əliyeva) Rəvanə İlyas qızına verilməli idi. Əvvəl borclu Tural Muradov icra sənədinin icrasına mane olurdu. bHazırda icra sənədi tam icra olunmuş, uşaqlar Şəxs alınıb analarına verilmişdir. Heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahatında bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli icra sənədinə əsasən 02.04.2016-cı il təvəllüdlü Məhəmməd və 22.12.2017-ci il təvəllüdlü Zəhra adlı uşaqlar Şəxs alınıb Muradova (Əliyeva) Rəvanə İlyas qızına verilməli idi. Şəxs icra sənədinin icrasına mane olduğuna görə barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda icra sənədi icra olunmuş, uşaqlar Şəxs alınıb analarına verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar