Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-712/2023 12.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir şəhər polis şöbəsinin İTB-nin polis sahə rəisi X4 Zərərçəkmiş şəxs: X3 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1977–ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 2023-cü ilin iyun ayında X3 işlərinin yaxşı getməsi, yoldaşının sağalması, canında olan qorxunu götürəcəyi vədini verməklə onun 350 manatını etibardan sui istifadə etməklə aldatma yolu ilə talamışdır. Bu hərəkəti ilə Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, X2 tanımış və özü hobbi kimi karta baxırmış. Bir gün Nailə onlara qonaq gəlmiş və sonra isə adını sonradan bildiyi Elmina da onlara qonaq gəlmiş və evdə söhbət zamanı o, bir nəfər şəxsin ona bağlanmasını və işlərinin düzəlməsini dedikdə o, ona o, qədər şəxsin olduğunu, tanışları olduğunu və onlara bu barədə deyəcəyini bildirmişdir. O, sonra həmin şəxslə danışmış və bunun üçün 350 manat verilməli olduğunu demişdir. O. da Elminaya bu barədə demiş və razılşamışlar. Elmina həmin gün onun kart hesabına 200 manat pul vurmuş və yerdə qalan pulu da 10 gün ərzində vuracağım demişdir. O. danışdığı şəxs isə ona sentyabrın sonu və oktyabrın əvvəlində ilin sonuna qədər hər şeyin düzələcəyini demişdir. Sonra isə Elmina onun kart hesabına 150 manat pul vurmuş və o. da həmin pulları danışdığı şəxsə göndərmişdir. Bundan bir 10-15 gün sonra Elmina yaşadığı ünvana gələrək Bakı şəhərinə getdiyini ona borca pul lazım olduğunu demişdir. O, isə ona 500 manatı olduğunu 20 manatını özünə saxladığını 480 manat pulu isə Elminaya borca pul vermişdir. Sonra isə Laçın rayonunda işə girmiş və orada işləyərkən telefonlara müdir cavab verməyə qoymadığı üçün Elminanm zənglərinə cavab vermə bilməmişdir. Oda onun onu aldatdığını düşünüb bu barədə şikayət etmişdir. Həmçinin Elminanın işi üçün danışıb pul göndərdiyi şəxs barədə məlumat verməyəcəyini, pul göndərməsi ilə bağlı heçnə təqdim etməyəcəyini, Elmina nə vaxt onun borcunu qaytarsa o, da onun 350 manat pulunu verəcəkdir. Onun heç bir təqsiri yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Leyla adlı şəxsi qonşusu X1 vasitəsi ilə tanıyıb. Ona Leyla adlı şəxsin falçılıqla məşğul olmasını dediyi. Leyla ilə danışarkən ona işlərinin düzgün getməsi və yoldaşı sağalması üçün 650 manat pul istədi. Lakin onlar 350 manata razılaşdılar. Bundan sonra o, Leylanın verdiyi kart hesabına 200 manat pul göndərdi. Sonra isə xx.xx.2023-cü il tarixdə yenə də eyni hesaba 150 manat pul göndərdi. Lkin uzun müddət keçsədə yoldaşı sağalmadı, əməliyyat olundu, işlərinin də qaydasına düşmədiyini, sonra isə Leylaya zənglər etsədə o, telefonu açmadı, onu aldadaraq Moskva şəhərində olmasını demişdi. Həmin şəxsdən pulunun alınaraq ona verilməsini xahiş edir. Bununla belə o, Şəxs oğlu ilə barışmamış və ondan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Mingəçevir şəhər polis şöbəsinin İTB-nin polis sahə rəisi X7 prtokola uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, zərərçəkmiş şəxsin ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İşdə olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 2023-cü ilin iyun ayında X3 işlərinin yaxşı getməsi, yoldaşının sağalması, canında olan qorxunu götürəcəyi vədini verməklə onun 350 manatını etibardan sui istifadə etməklə aldatma yolu ilə talamış və onun barəsində Azərbaycan Respublikası İXM-nın 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardaddan görünür ki, Şəxs barəsində təritb edilmiş inzibati xəta haqqında protokol baxıması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət tərkibinin əlamətləri olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 2023-cü ilin iyun ayında X3 işlərinin yaxşı getməsi, yoldaşının sağalması, canında olan qorxunu götürəcəyi vədini verməklə onun 350 manatını etibardan sui istifadə etməklə aldatma yolu ilə talamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs birinci dəfə inzibati məsuliyyətə cəlb edilməsi onun əməlini yüngülləşdirən hal kimi qiymətləndirir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs öz təqsirini etiraf etməməsinə tənqidi yanaşır və bunun özünü müdafiə ilə bağlı olduğu qənaətinə gəlir. Məhkəmə, xətanın xarakterini, dəymiş ziyanın ödənilməməsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və Şəxs əməlində yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını qiymətləndirirək hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası İXM-in 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə ictimai işlərə cəlb edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Mingəçevir şəhər məhkəməsinin hakimi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-712/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-712/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver