Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-716/2021 08.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində qərar çıxarılmış: X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair 13.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin 13.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin 13.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X5 13 avqust 2021-ci il tarixli MN ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Səhiyyə nazirinin müavini inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tam araşdırmamış, əhəmiyyət verməmiş, bu səbəbdən də qanunsuz qərar qəbul etmişdir. Onun əməlində hər hansı bir inzibati xətanın tərkibi olmamışdır. Belə ki, o, 2004-cü ildə Mingəçevir Tibb Məktəbinin Ortopedik Stomotologiya ixtisası üzrə kurs bitirmişdir. Əvvəllər ixtisası üzrə fəaliyyət göstərmişdir. Stomotologiya sahəsində fəaliyyət göstərmək üçün fərdi sahibkar kimi qeydiyyatdan keçsə də, hal-hazırda bu fəaliyyət növü ilə məşğul olmur. 2021-ci ilin əvvəllərindən həkim-stomotoloqlarla məsləhətləşmələr aparmış və ona əməkdaşlıq təklif edilmişdir. Bu məqsədlə ona kiçik bir otağın lazım olduğunu bildirmişlər. Onun işi ancaq metalın əridilməsi və qəliblənməsi olmuşdur. Bu məqsədlə qohumları istifadə etmək üçün ona sahəsi 16 kv metr olan qeyri-yaşayış sahəsi vermişdirlər. Məqsədi, lazımı avadanlıqları aldıqdan sonra lisenziya almaq üçün Səhiyyə Nazirliyinə müraciət etmək olmuşdur. Lakin kabinet tam hazır olmadığından və eyni zamanda ona şifahi olaraq metal əritmə və qəliblənmə fəaliyyəti üçün lisenziya tələb olunmadığını bildirdikləri üçün lisenziya almamışdır. Onun bu fəaliyyətlə məşğul olması və qazanc götürməsi ilə bağlı hər hansı bir sübut yoxdur. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin 13.08.2021ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X4 şikayətin dəlillərini müdafiə edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, vəzifəli şəxsin nümayəndəsinin məhkəmə prosesində iştirakı təmin edilməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13.08.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından verimiş şikayət təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan 13.08.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 29.07.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması faktı aşkarlanmış və barəsində İXM-inin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar yoxlamanın keçirilməsi haqqında 28.07.2021-ci il tarixli 323 saylı qərarının surətindən görünür ki, X3 məxsus ünvan 1 ünvanında yerləşən təşkilatının yoxlanılması məqsədilə 28.07.2021-ci il tarixdən 30.07.2021-ci il tarixədək plandankənar yoxlamanın aparılması qərara alınmışdır. İşdə olan 27.07.2021-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın surətindən görünür ki, o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə stomotologiya sahəsində fəaliyyət göstərir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi X4 barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsinə əsasən protokol tərtib olunmuş və həmin protokol əsasında inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuşdur. X4 orada stomatoloji fəaliyyətlə məşğul olması və qazanc götürməyi barədə hər hansı bir sübutun olmadığını bildirsə də, şikayət verən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin şikayətçi həmin hallara dair əsaslı sübutlar təqdim etməmişdir. X1 inzibati xətanın törədildiyi tarixdə qeyd olunan stamataloji kabinetin onun sahibliyində olmamasını, həmin vaxt faktiki fəaliyyət göstərməməsini, onun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi vəzifəli şəxs olmasını istisna edən hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, işdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlər isə onun qanunsuz tibbi fəaliyyətlə məşğul olmasını təsdiq etmişdir. Ona görə də X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında qərar verilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin, X2 Azərbaycan Respublikası İXM–nin 210.1-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair 13.08.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1–ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair 13.08.2021–ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlansın. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-716/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-716/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver