Məhkəmə qərarları › İş №3(051)-717/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-717/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-717/2021 30.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Barəsində qərar çıxarılmış: X7 nümayəndəsi Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində hüquq məsləhətçisi X2, Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin baş məsləhətçisi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin vəzifəli şəxsinin X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair 24 avqust 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış vəzifəli şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin vəzifəli şəxsinin 24 avqust 2021-ci il tarixli ******* inzibati xəta haqqında iş üzrə qərarı ilə X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz ) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin 24 avqust 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icrata xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfındən barəsində “inzibati tənbeh vermə haqqında” əsassız qərar verilmişdir. Belə ki, idarənin 12 saylı MİS-nin sabiq işçisi Ərşad Xəlilov 12 saylı MİS-də müəyyən olunmuş əmək funksiyalarını tam yerinə yetirməmiş, 12 saylı MİS rəisinin yazılı məlumatında qeyd edildiyi kimi, Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli, 40 saylı qərarının tələblərinə uyğun dövlət və ictimai mənzil fondu binalarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən ödənilməsi müəyyən olunmuş xidmət haqqlarının yığımının təşkilində iştirak etməmiş və bu səbəbdən ona 01.07.2020-ci il tarixdən əmək haqqı ödənilməmişdir. 01.07.2020-ci il tarixdən sonrakı dövrdə ona yalnız əvvəlki dövrdə hesablanmış, lakin ödənilməmiş əmək haqqı məbləğləri, Nazirlər Kabunetinin 04.04.2020-ci il tarixli sərəncamına müvafiq, Tədbirlər Planı çərçivəsində pandemiya ilə əlaqədar açılmış maliyyələşmə hesabına ödənilmişdir. Həqiqətən qeyd edilən inzibati hüquqpozmada onun heç bir formada təqsiri yoxdur, elə bu səbəbdən də Müfəttişlik onun təqsirli olduğunu sübuta yetirə bilməmiş, bununla da təqsirsizlik prezumpsiyası prinsipini pozmuşdur. Onun hansı vəzifələrini yerinə yetrməsi qeyd edilməmiş, bu barədə heç bir araşdırma aparılmamış, Müfəttişliyin vəzifəli şəxslərinə işçilərin əmək haqqları ilə bağlı verdikləri əsaslandırılmış məlumatlar isə nəzərə alınmamışdır. Müfəttişlik gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, işçilərin hansı əmək hüquqlarının və necə pozulması və bu işlər üçün əhəmiyyətli olan bütün hallar sübuta yetirməmişdir. Müfəttişlik tərəfindən İXM-in 100cü maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Müfəttişlik tərəfindən barəsində tərtib edilmiş protokolu o, görməmiş, həmin protokollara imza atmamış, protokolun surəti ona verilməmiş, əlavə edilmiş sənədlərlə tanış edilməmişdir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin 24 avqust 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X7 nümayəndəsi X5 şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təmsil etdiyi şəxsin inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Xidməti Mingəçevir regional ərazi şöbəsinin 24 avqust 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Xidməti Mingəçevir regional ərazi şöbəsinin baş məsləhətçisi Nümayəndə məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək bildirdi ki, X11 Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X6 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə etdiyi müraciətə baxılmışdır. X4 müraciətində və X15 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə verdiyi 23.07.2021-ci il tarixli izahatında əmək müqaviləsinə xitam verilərkən ona əmək haqqı üzrə son haqq-hesabın ödənilmədiyi bildirilmişdir. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 27.07.2021-ci il tarixli 294 nömrəli məktuba təqdim olunan sənədlərdən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemindən müəyyən oldu ki, Ərşad Xəlilovla 12 saylı Mənzil istismar sahəsində mühəndis vəzifəsi üzrə bağlanmış, 10.12.2014-cü il tarixli əmək müaviləsinə yazılı ərizəsi əsasında 25.05.2021-ci il tarixli 34 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Məzuniyyətilərin aparılmış uçotu sənədindən məlum oldu ki, Ərşad Xəlilov işlədiyi dövr ərzində son dəfə 10.12.2020-ci il tarixdən, 10.12.2021-ci il tarixədək olan iş ili olmaqla bütün iş illəri üçün əmək məzuniyyətindən istifadə etmiş və sonuncu iş ilinin bitməsinə 6 ay 15 gün qalmış onun əmək müqaviləsinə xitam verilmişdir. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin X14 10.12.2020-ci il tarixdən, 10.12.2021-ci il tarixədək olan iş ili bitənədək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı artıq ödənilmiş vəsaitin hesablanıb ödənilməmiş əmək haqqı qalığının olmaması səbəbindən geri tutulmasının mümkün olmaması bildirilmişdir. Məktubda müəssisənin X14 əmək haqqı üzrə borc qalığının olmaması, əksinə, tam işləmədiyi iş ili üçün ödənilmiş əmək məzuniyyətinə görə onun müəssisəyə borclu qaldığı bildirilmişdir. Mingəçevir regional ərazi şöbəsinə verdiyi həmin izahatında son iki iş ili üçün istifadə etdiyi əmək məzuniyyətinə görə məzuniyyət haqqının ödənilmədiyini və ümumiyyətlə müəssisənin ona 3179,00 manat məbləğində əmək haqqı borcu qaldığı bildirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci və 3-cü hissələrində təsbit edilmişdir ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etmək üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği 12-yə bölünməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. X16 məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması məqsədi ilə məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının əmək haqqı yığılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda qeyd etdiyimiz maddəsinin tələbləri pozularaq 8 ayın əmək haqqı məbləği qeyd edilmədən yalnız 4 ayın cəmlənmiş əmək haqqı məbləği 12-yə bölünmüşdür. Məzuniyyətin verildiyi aydan əvvəlki 2020-ci ilin aprel ayından 2021 -ci ilin mart ayı da daxil olmaqla 12 təqvim ayının əmək haqqı yığılarkən, 2020-ci ilin aprel, may, iyun və iyul aylarının əmək haqqı məbləği qeyd edilmiş, lakin 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayı da daxil olmaqla olan aylar üzrə isə işçiyə həmin müddət ərzində iş vaxtının uçotu tabellərində iş günləri yazıldığı halda əmək haqqı məbləği göstərilməmişdir. Bununla bağlı Ərşad Xəlilov 2020-ci ilin avqust ayından sonuncu iş gününədək olan müddət üçün əmək haqqının hesablanması və ödənilməsi barədə sənədlərin Mingəçevir regional ərazi şöbəsinə təqdim edilməsi barədə 30.07.2020-ci il tarixli, **********0 nömrəli məktubla təkrar müraciət olunmuşdur. Tələb olunan sənədlər təqdim edilməmiş, şifahi olaraq bildirilmişdir ki, Ərşad Xəlilova 2020-ci ilin avqust ayından iş günləri yazılsa da, müəyyən səbəbdən əmək haqqı hesablanmamışdır. Ərşad Xəlilovun təqdim etdiyi “Kapital Bank” in ödəniş kartı üzrə 19.01.2015-ci il tarixdən 30.06.2021-ci tarix də daxil olmaqla olan müddət üçün çıxarışından və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınmış 10.12.2014-cü il, 24.04.2017-ci il, 09.07.2018-ci il, 08.04.2019-cu il və 24.09.2019-cu il tarixli 5077R9J000100-105 nömrəli əmək müqaviləsi bildirişlərindən müəyyən olundu ki, müəssisənin ona təqribən 3176,90 manat məbləğində əmək haqqı borcu qalmışdır. Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X6 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X13 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “a” (əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək) və “b” ( bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək) bəndlərinin tələbləri pozularaq işçi Ərşad Xəlilovun əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntularına yol verilərək inzibati xəta törədilmişdir. Ona görə də, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında icraat başlanmışdır. Bununla bağlı Mənzil Kommunal X6 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X7 ünvanına təqdim edilmiş sənədlərdə inzibati xəta əlaməti olması ilə bağlı barəsində başlanmış inzibati xəta haqqında işə dair icraatı rədd edən halların olması barədə sübutların və təsdiqedici sənədlərin 12.08.2021-ci il tarixdə saat 11:00-dək təqdim edilməsi barədə 06.08.2021-ci il tarixli **********9 saylı məktub göndərilmişdir. 01.05.2021-ci il tarixdə X15 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə Mənzil Kommunal X6 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin işəgötürəni və ya səlahiyyətli nümayəndəsi gəlməmiş və inzibati xəta haqqında işə dair icraatı rədd edən halların olması barədə sübutlar və təsdiqedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Ona görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101 -ci maddəsində nəzərdə tutulmuş müddətdə Mənzil Kommunal X6 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X7 inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə barəsində bu Məcəllənin 192.4 maddəsinə əsasən vəzifəli şəxs qismində 12.08. 2021-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş və 12.08.2021-ci il tarixli **********1 nömrəli məktubla onun ünvanına göndərilmişdir. Tərtib edilmiş protokola əsasən inzibati xəta haqqında işə baxılması və iş üzrə olan bütün sübutları təqdim edilməsi məqsədi ilə müddətdə Mənzil Kommunal X6 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X13 və ya onun səlahiyyətli nümayəndəsi 12.08.2021-ci il tarixli **********1 nömrəli bildirişlə 24.08.2021-ci il tarixdə saat 11:00-də Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsi 1 ünvanına dəvət edilmişdir. 05.08.2021-ci il tarixdə X15 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə Mənzil Kommunal X6 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X13 və ya onun səlahiyyətli nümayəndəsi gəlməmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin 24.08.2021-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə Mənzil Kommunal X6 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111 -ci maddəsində nəzərdə tutulmuş müddətdə bu Məcəllənin 192.4 maddəsinə əsasən 700,00 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir və həmin qərarın bir nüxəsi 13.08.2021-ci il tarixli **********4 nömrəli məktubla onun ünvanına göndərilmişdir. Odur ki, Mingəçevir regional ərazi şöbəsinin 24.08.2021-ci il tarixli MN 10665334 nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə X8 700,00 (yeddi yüz) manat məbləğində cərimə olunması qanuna uyğundur. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X7 şikayəti əsassız olduğu üçün rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin nümayəndəsinin və qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Xidməti Mingəçevir regional ərazi şöbəsinin 24 avqust 2021-ci il tarixli ******* nömrəli qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Xidməti Mingəçevir regional ərazi şöbəsinin qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan 10.12.2014-cü il tarixli, 5077R9J000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə 12 saylı Mənzil İstismar Sahəsi arasında 10.12.2014-cü il tarixdə işçinin aylıq əmək haqqı 149 manat olmaqla, müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşdə olan 24.04.2017-ci il tarixli, 5077R9J000101 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə 12 saylı Mənzil İstismar Sahəsi arasında 10.12.2014-cü il tarixdə işçinin aylıq əmək haqqı 165 manat olmaqla, müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşdə olan 24.04.2017-ci il tarixli, 5077R9J000101 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə 12 saylı Mənzil İstismar Sahəsi arasında 10.12.2014-cü il tarixdə işçinin aylıq əmək haqqı 165 manat olmaqla, müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşdə olan 24.04.2017-ci il tarixli, 5077R9J000102 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə 12 saylı Mənzil İstismar Sahəsi arasında 10.12.2014-cü il tarixdə işçinin aylıq əmək haqqı 165 manat olmaqla, müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşdə olan 09.07.2018-ci il tarixli, 5077R9J000103 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə 12 saylı Mənzil İstismar Sahəsi arasında 10.12.2014-cü il tarixdə işçinin aylıq əmək haqqı 182 manat olmaqla, müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşdə olan 08.04.2018-ci il tarixli, 5077R9J000104 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə 12 saylı Mənzil İstismar Sahəsi arasında 10.12.2014-cü il tarixdə işçinin aylıq əmək haqqı 246 manat olmaqla, müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşdə olan 24.09.2019-cu il tarixli, 5077R9J000105 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə 12 saylı Mənzil İstismar Sahəsi arasında 10.12.2014-cü il tarixdə işçinin aylıq əmək haqqı 346 manat olmaqla, müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşdə olan X11 25.05.2021-ci il tarixli, ərizəsindən görünür ki, o, 25.05.2021-ci il tarxdə işdən azad edilməsini xahiş etmişdir. İşdə olan 25.05.2021-ci il tarixli, Mingəçevir Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən tərtib edilmiş 34 nömrəli əmrin surətindən görünür ki, 12 saylı MİS-nin 10.12.2014-cü il tarixdə işə qəbul olunmuş mühəndis ilə bağlanmış əmək müqaviləsinə 25.05.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək məcəlləsinin 69-cu maddənin 3-cü bəndinə əsasən son haqq-hesab edilməklə Ə.Xəlilovun işinə xitam verilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X11 34 nömrəli əmrinə 25.05.2021-ci il tarixdə xitam verilmişdir. İşdə olan Mingəçevir şəhər, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 27.07.2021-ci il tarixli, 294 nömrəli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, 13.07.2021-ci il tarixdə, **********4 saylı reyestr nömrəsi ilə göndərilmiş və Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə 16.07.2021-ci il tarixdə, 119 saylı reyestr nömrəsi ilə qeydə alınmaqla daxil olmuş məktuba müvafiq sənədlər təqdim olunmuş və əlavə olaraq vətəndaş 10.12.2014-cü ildə idarənin 12 saylı MİS-nə işə qəbul olunmuş və sonuncu dəfə 10.12.2020-ci iş ili üçün əmək məzuniyyəti hüququndan 06.04.2021-ci ildə istifadə etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə müvafiq hesablanaraq, ödənilmiş 141.19 manat məzuniyyət haqqından, vətəndaşın 25.05.2021-ci ildə işdən azad olunması ilə əlaqədar, Əmək Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq ona ödənilmiş son məzuniyyət haqqına görə 80.52 manat artıq ödənmiş vəsaitin, hesablanıb ödənilməmiş əmək haqqı məbləği qalığı olmadığından geri qaytarması mümkün olmamışdır. Təsdiq olunmuş ştat cədvəlinə əsasən MİS işçilərinin əmək ödənişləri büdcədənkənar vəsait hesabına maliyyələşdiyindən və illik smeta cədvəlində bu kateqoroya işçilərə vəsai nəzərdə tutulmadığından, MİS rəhbərlərinin ərazi üzrə daxil lolmanın təşkili barədə məlumatlarına əsasən bu işçilərin əmək funksiyasını nə dərəcədə yerinə yetirmədiyi məyyən olunaraq Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq onlara əmək ödənişləri həyata keçirilir. Həmçinin 26.07.2021-ci il tarixdə, **********7 saylı reyestr nömrəsi ilə idarənin mail ünvanına göndərilmiş məktuba cavab olaraq bildirilmişdir ki, 16.07.2021-ci il tarixdə 119 saylı reyestrnömrəsi ilə qeydə alınmaqla idarəyə daxil olmuş 13.07.2021-ci il tarixli, **********4 saylı məktuba ayydiyati qaydada icraat yönəldilmiş və 18; 19; 20; 21 iyul tarixləri qanunvericiliyə uyğun olaraq iş günü olmadığından, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq məktubun 29 iyul tarixədək cavablandırılmalı olduğunu və idarənin funksional vəzifəsinin yalnız daxil olmuş məktubların cavablandırılmasından ibarət olmadığını nəzərə alınmasını xahiş etmişlər. İşdə olan Mingəçevir şəhər, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 05.08.2021-ci il tarixli, 321 nömrəli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində 2020 və 2021-ci il üçün təsdiq olunmuş ştat cədvəli və smetaya müvafiq, büdcədən kənar maliyyələşmə əmək haqqı alan işçilərin əməkdə iştirak payı həmin işçilərin daxilolma məbləğlərinin məbləğlərinin yığımın nə dərəcədə təşkili barədə müvafiq rəhbərlərinin məlumatı əsasında müəyyən olunaraq hesablandığından və 12 saylı MİS-in işçisi X16 MİS də müəyyən olunmuş əmək funksiyalarını tam yerinə yetirməyərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 N°-li Qərarı ilə tənzimlənən, dövlət və ictimai mənzil fondu binalarında yaşayış və qeyri yaşayış sahələrindən ödənilməsi müəyyən olunmuş istismar xidmət haqqı məbləğlənin yığımının təşkilində iştirak etmədiyindən MİS rəhbəri onun yığımın təşkilində iştirak payını qeyd etmədiyi üçün 01.07.2020-ci tarixdən ona əmək haqqı ödənilməmişdir. 01.07.2020-ci ildən sonrakı dövürdə ona yalnız əvvəlki dövrdə hesablanmış lakin ödənilməmiş əmək haqqı məbləğləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamına müvafiq Tədbirlər Planı çərçivəsində pandemiya ilə əlaqədar aşılmış maliyyələşmə hesabına ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin 06 avqust 2021-ci il tarixli, **********9 nömrəli Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin direktoruna ünvanlanmış məktubunun surətindən görünür ki, vətəndaş X1 şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Dövət Təhlükəsizliyi Xidmətinə ünvanladığı müraciətinə baxılması ilə əlaqədar X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinə dəvət olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin 12 avqust 2021-ci il tarixli **********2 nömrəli qərardadından görünür ki, X4nun barəsində inzibati icraat başlanılmış və 12 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola 24 avqust 2021-ci il tarixə saat 11:00-a təyin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin 12 avqust 2021-ci il tarixli **********9 nömrəli Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin direktoruna ünvanlanmış məktubunun surətindən görünür ki, vətəndaş X1 şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Dövət Təhlükəsizliyi Xidmətinə ünvanladığı müraciətinə baxılması ilə əlaqədar X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinə dəvət olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin 24.08.2021-ci il tarixli, **********9 nömrəli Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin direktoru Nizami İsmayılova ünvanlanmış məktubun surətindən görünür ki, X4nun Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə etdiyi müraciətinə tərəflərindən baxılmış və bunun nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq vəzifəli şəxs qismində Mingəçevir regional ərazi şöbəsinin inzibati xəta haqqında 24.08.2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. İşdə olan 24.08.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilmiş nöqsanlar istisna olmaqla, qanun pozuntusuna yol verilməsinə görə Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X6 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəsi X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 12 saylı MİS-nin sabiq işcisi X11 şikayəti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 xidməti Mingəçevir Regional Ərazi Şöbəsi qərarından şikayətinə cavab olaraq bildirilmişdir ki, qanunvericiliyə əsasən, 2020-2021-ci illər ərzində yaşayış və qeyri yaşayış sahəsinin istifadəçilərindən pul vəsaitlərinin yığımınının təşkilində iştirak etməmiş, işcilərin yığım siyhasında Ərşad Xəlilovun adının olmaması onun bu yığım prosesində iştirak etməməsi və tapşırıqlarına əməl etməməsi və yerinə yetirməməsi ilə əlaqədar olmuşdur. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 06.09.2021-ci il tarixdə tərtib edilmiş məlumatdan görünür ki, 01.03.2021-ci il tarixdən, 31.04.2021-ci ilə kimi bildiriş əsasında 291 manat 90 qəpik xidmət haqqı yığılmışdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və əlavə edilmiş təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin vəzifəli şəxsi tərəfindən 24 avqust 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilərkən, barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmişdir. Belə ki, X12 06.08.2021-ci il tarixdə inzibati xəta haqqında araşdırma ilə bağlı məlumat verilmiş, lakin o, iştirak etməmiş, ona görə də protokol onun iştirakı olmadan tərtib edilmiş, bununla belə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol onun ünvanına göndərilmişdir. Bu halda barəsində protokol tərtib edilmiş şəxsin hüquqları təmin edilmiş, lakin 24.08.2021-ci il tarixdə inzibati xəta haqqında protokola baxılmasına 5 gün qalmış rəsmi məlumat verilməli olduğu halda, X15 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən barəsində qərar çıxarılmış vəzifəli şəxsə məlumat verilməmiş, bununla belə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün barəsində protokol tərtib edilmiş şəxsin çağırılması barəsində qərardad qəbul edilsə də, həmin qərardadın və bildirişin barəsində protokol tərtib edilmiş şəxsə verilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Bununla da görünür ki, səlahiyyətli orqan (vəzifəli şəs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən, İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta haqqında işə X7 iştirakı olmadan baxılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61- 67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən X7 barəsində eyni vaxtda törətdiyi inzibati xətaya eyni fakta, yəni işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilmiş nöqsanlar istisna olmaqla, qanun pozuntusuna yol verilməsinə görə həm 05.08.2021-ci il tarixdə eyni tarixdə MN 0687956, MN ******* nömrəli və 12.08.2021-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş, lakin həmin işlərə baxılması həmin vəzifəli şəxsin səlahiyyətinə aid olsa da, işlərə müxtəlif vaxtlarada baxılmışdır. Belə ki, 13.08.2021-ci il tarixdə ******* nömrəli, 17.08.2021-ci il tarixdə MN ******* nömrəli və 24 avqust 2021-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında qərarlar əsasında X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Halbuki, eyni vaxtda törədilmiş inzibati xətalar eyni orqanın səlahiyyətinə aid olduqda, həmin işlərə eyni vaxta baxılıb bir inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsaəsn şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02.09.2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X7 barəsində 12.08.2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslı olmasına baxmayaraq, həmin protokol əsasında Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə X7 inzibati cərimə edilməsinə dair 24.08.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar Azərbaycan Respublikası İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz olaraq qəbul edilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin səlahiyyətli vəzifəli şəxsinin X7 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair 24.08.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, vəzifəli şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin səlahiyyətli vəzifəli şəxsinin 24.08.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinin 24.08.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Mingəçevir regional ərazi şöbəsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar