Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-718/2022 15.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Barəsində qərar çıxarılmış: X2 Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X5 X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki o, 2022-ci ilin sentyabr ayında yaşadığı evi təmir etməyə başlayıb. Təmir işləri görərkən Mənzil İstismar Sahəsinin rəisi və Polis Sahə müvəkkili gəlib protokol tərtib etmişlər. Onun məqsədi mənzildə yenidənqurma aparılması deyil, təmir aparılması olmuşdur. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X6 şikayətin dəlillərini müdafiə edərək, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X7 məhkəmə iclası zamanı protokolun dəlillərini müdafiə etdi və şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsi haqqında Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-in 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 məxsus ünvan 1 ünvanında yerləşən mənzildə funksional təyinatı dəyişdirilməklə tikinti işlərinin faktı aşkarlanmış və barəsində İXM-inin 395.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsində istifadədə olan 0,1155 ha torpaq sahəsində yerləşən 52/3 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən mənzilə tam mülkiyyəti hüququ X4 məxsusdur. İşdə olan fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə təmir işləri aparılmışdır. Belə ki, işdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, X1 Şəhər İcra Hakimiyyətinin inzibati xətalar Məcəlləsinin 395.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan hüquq şöbəsinin müdirinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Halbuki, X6 şikayət ərizəsində də göstərdiyi kimi özünə məxsus olan mənzildə yenidənqurma və planlaşdırma işləri yox, təmir işləri aparmış və mənzilin funksional təyinatına və ya konstruktiv təyinatına hər hansı dəyişiklik edildiyini təsdiq edən hallar sübuta yetirilməmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən faktlar deyil, ehtimallar əsas götürülmüşdür. Hansı ki, inzibati xəta hadisəsinin olması və həmin hadisənin məhz X6 tərəfindən törədilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut əlavə edilməmiş, nə də elə bir sübutun olduğu göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində protokol tərtib edilmiş X2 ünvan 1 ünvanında yerləşən mənzilində hansı yenidənqurma və yenidən planlaşdırma işləri aparılmasını tam araşdırılmamışdır. Bu hallar isə onun təqsirli olmasına əsaslı şübhələr yaradır və onun əməlində inzibati xəta hadisəsinin mövcud olmadığı qənaətinə gəlməyə imkan verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Ona görə də görə də məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 395.2-ci maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta hadisəsinin mövcud olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə X2 inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarı inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin X2 İnzibati Xətalar Məcəlləsinin məhz 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2022–ci il tarixli ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-718/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-718/2022
15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver