Məhkəmə qərarları › İş №3(051)-718/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-718/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-718/2025 03.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1, borclu Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə borclu Şahbazlı X4 Şəhər Məhkəməsinin 2(051)-1885/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə borcun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1885/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Şəxs 850 manat məbləğində borcunu ödəməmiş, eyni zamanda **-BF-*** “Vaz 21093”, **- TN-*** “Vaz 2107” markalı nəqliyyat vasitələrini icraya təqdim edilməsi tələb edilməsinə baxmayaraq nəqliyyat vasitələrini təqdim etməmişdir. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onun Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1885/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə hər ay əmək haqqından tutulmalar aparılır. İcra vərəqəsi üzrə **-BF-*** “Vaz 21093”, **-TN-*** “Vaz 2107” markalı nəqliyyat vasitələri isə onun mülkiyyətində olsa da, həmin maşınlar onun istifadəsində deyil. Həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulduqdan sonra bu səbəbdən icra qurumuna nəqliyyat vasitələrini təqdim edə bilməmişdir. Lakin nəqliyyat vasitələrinin harada olması barədə icra məmuruna məlumat vermişdir. Odur ki, işə xitam verilməsini xahiş etdi. İşdə olan sübutlar: Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1885/2023 saylı icra vərəqəsindən görünür ki, 3000 manat məbləğində pulun Şəxs tutularaq X3 verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-189/2025 saylı qərardadından görünür ki, borclu Şəxs məxsus “Vaz 2107” minik, rəngi safari, dövlət qeydiyyat nişanı **-TN-***, istehsal ili 1994-cü il olan və avtomobil modeli “Vaz 21093” minik, rəngi albalı, dövlət qeydiyyat nişanı **-BF-***, istehsal ili 1989-cu il olan avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.(...) 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;(...) 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmənin mövqeyi: Tərəflərin izahatı, işdə olan sənədlər və digər iş materiallarına əsasən inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, müəyyən olunmuşdur ki, icra vərəqəsinə əsasən borclunun əmək haqqından tutulmalar aparılır və onun mülkiyyətində olan nəqliyyat vasitələrinə həbs qoyulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməməsi və icra məmurunun qanuni tələbinə yerinə yetirməməsi müəyyən olunmur. Hazırda məhkəmə tərəfindən müəyyən edilmiş sənədlərə görə işin icraatını rədd edən hallar mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar