Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-719/2022 16.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 ərizə verərək şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayət ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutub Qərara aldı: X2 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayəti geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-719/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-719/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver