Məhkəmə qərarları › İş №3(051)-720/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-720/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-720/2022 31.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X2 Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Hacıqabul rayonu Navahi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ : Şəxs xx.xx.2022-ci il tarixdə X6 ilə Mingəçevir şəhəri, N.Nərimanov ev 53, mənzil 3 olarkən aralarında yaranmış mübahisə zamanı vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o Gülay Eyvazovanı tanıyır. Belə ki, onunla Gülay Eyvazovanın keçmiş həyat yoldaşı X3 arasında 2020-ci il tarixdən qeyri-rəsmi münasibətləri var. X10 Eyvazovanın birgə nigah dövründən 4 az yaşlı övladı, Sahil Eyvazovla onun isə bu münasibətdən bir az yaşlı övladı var. xx.xx.2022-ci il tarixdə Sahil Eyvazovla onun birgə münasibətdən olan az yaşlı övladı X5 1 yaşı tamam olduğu üçün X11 Eyvazovun az yaşlı övladı X7 öz istəyi ilə onun yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Bu səbəbə görədə Gülay Eyvazova onun yaşadığı binanın qarşısına gələn zaman onunla qarşılaşmışdır. Bu zaman Gülay Eyvazova ondan az yaşlı oğlu Həsən Eyvazın harada olduğu soruşaraq, ona qarşı nalayiq ifadələr işlədərək, onunla sözlə mübahisə etməyə başlamış və bu mübahisə zamanı Gülay Eyvazova onun saçından tutub dartdığı üçün oda özünü müdafiə etmək məqsədi ilə Gülay Eyvazovanın sinə nahiyyəsindən itələmişdir. Bu səbəbə görə onlar yerə yıxılmışdır. Bu zaman Gülay Eyvazova onun sinə, çənə və boğaz nahiyyələrinə, sağ əlinin çöçələ barmağının dırnağına, sağ ayağının diz nahiyyəsinə və sağ qolunun dirsək nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Daha sonra isə onlar aralaşmışdır. Odur ki, məhkəmədən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o Şəxs tanıyır. Belə ki, Şəxs ilə onun keçmiş həyat yoldaşı X3 arasında bir müddətdir ki, qeyri-rəsmi münasibətləri var. Sahil Eyvazovla onun birgə nigah dövründən 4 az yaşlı övladı, X12 Rəhimovanm isə bu münasibətdən bir az yaşlı övladı var. xx.xx.2022-ci il tarixdə X13 Rəhimovanm birgə münasibətdən olan az yaşlı övladının ad günü olduğu üçün onun az yaşlı oğlu X1 Rəhimovanm yaşadığı ünvana ondan icazəsiz getdiyinə görə oda az yaşlı oğlu X15 Rəhimovanm yaşadığı evdən çağırmaq üçün gedən zaman o Şəxs ilə 1 saylı orta məktəbin yaxınlığında olan binanın qarşısında qarşılaşmışdır. Bu zaman Şəxs ilə onun arasında sözlə mübahisələri yaranmışdır. Bu mübahisə zamanı Şəxs onun hər iki qoluna, boynuna, sağ alm nahiyyəsinə və sol ayağının topuq nahiyyəsinə vurduğu üçün oda Şəxs bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Daha sonra isə onlar aralaşmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 529 saylı ekspert rəyindən görünür ki, X2 bədənində aşkar edilmiş xəsarətlər – sol çiyin qurşağında, sağ kürək nahiyyəsində sağ dirsək oynağının arxa səthində sırıqlar, sol çiyin qurşağının üstündə, sağ diz oyanğında sağ bazuda və sağ alın nahiyyəsində qançırlar küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqarı üçün dərəcələri təyin olunmur. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində X4 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən vəağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinəşikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar