Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-720/2023 28.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, **-HE-*** dövlət qeydiyyat nişanlı OPEL ZAFİRA markalı avtomobil ona məxsusdur. Sözügedən avtomobil xeyli müddətdir ki, istifadə edilir. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar çıxarılmışdır. Bundan əlavə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati cərimə edilmiş, barəsində TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O da barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini əsas göstərərək məhkəməyə şikayətlə müraciət etmiş və həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-342/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Sonradan həmin qərardan qarşı tərəf apelyasiya şikayəti vermiş və şikayət təmin edilməmiş, qərar qüvvəsində saxlanılmışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2023-cü il tarixdə 60 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 36 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 96 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-342/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhər X1 İdarəsinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin 25 mart 2023-cü il tarxli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilşdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Odur ki, məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsasən belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, Şəxs həmin inzibati xəta haqqqında TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermiş, Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-342/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən 25 mart 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(051)-342/2023 saylı qərardadın ləğv edilməsi və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(051)-342/2023 saylı qərarından Şəki Apelyasiya Məhkəməsinə şikayət verilmiş, lakin Şəki Apelyasiya Məhkəməsinin 3(107)-255/2023 xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 3(051)-342/2023 nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında və mübahisələndirildiyi üçün analoji qaydada bu iş üzrə də barəsində protokol tərtib edilmiş şəxsin inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından, onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmış olur. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-720/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-720/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver