Məhkəmə qərarları › İş №3(051)-722/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-722/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-722/2023 11.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, suay, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Hacıyev X6 şəhəri, H.Əliyev prospektində idarə etdiyi **-DK-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində yolun 2-ci hərəkət zolağından 1-ci hərəkət zolağına çıxaraq yolun kəsik xətlənmiş hissəsində geriyə dönmə etmək istəyərkən onunla eyni istiqamatdə hərəkətdə olan X1 idarə etdiyi Mersedes Benz markalı avtomobili vuraraq, onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, inzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək ifadəsində göstərdi ki, “VAZ” 21012 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, özü sərnişin daşıma ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində idarə etdiyi avtomobili ilə sərnişin daşımaq məqsədi ilə Mingəçevir şəhəri H.Əliyev prospekti ilə Havarlı kəndi istiqamətində hərəkətdə olarkən yolun ikinci hərəkət zolağında hərəkətdə olarkən Günəşli bağ massivinə gedən yol ilə kəsişməyə doğru yaxınlaşanda yolun əks hərəkəti istiqamətində yəni şəhər istiqamətində sərnişin yol kənarında dayanmasını görüb geri qayıtmaq istəmiş, yəni geriyə dönmək üçün icazə verilən hissədə dönmək istəyərkən yolun 1-ci hərəkət zolağına çıxmış və həmin vaxt həmin zolaqda hərəkətdə olan Mersedes Benz markalkı avtomobil ilə toqquşmuş nəticədə özü bədən xəsarəti almışdır. Lakin bu hal spirtli içkinin təsirindən olmamışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmişə və protokolu tərtib edən Mingəçevir şəhər polis şöbəsinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İşə əlavə edilmiş ƏN-VİN 324895 saylı etibarnamədən görünür ki, X5 mülkiyyətində olan **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı “Mersedes Benz” markalı minik avtomobili xx.xx.2023-ci il tarixədək idarə etməyi X2 etibar etmişdir. İşdə olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-in xx.xx.2023-cü il tarixli 577 saylı ekspert rəyindən görünür ki, Şəxs bədənində aşkar olunan xəsarətlər sol 2-ci qabırğanın yerdəyişən sınığı və sol körpücük sümüyünün yerdəyişən sınığı, sol tərəfli hemotroaks qərarda göstərilən müddətədə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə xəsrətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İşdə olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-in xx.xx.2023-cü il tarixli 575 saylı ekspert rəyindən görünür ki, X3 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət sağ alan nahiyyəsində sıyrığı qərarda göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü tarixdə avtoqəza nəticəsində əmələ gələ birlərdilər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. İşdə olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-in xx.xx.2023-cü il tarixli 576 saylı ekspert rəyindən görünür ki, X4 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər sol diz oynağının ön səthinin sıyrığı və burun sümüyünün qapalı yerdəyuişməyən sınığı qərarda göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər ağırlıq dərəcələrinə görə sağlamlığa qısa müddətə müvəqqəti pozulduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində AR CM-nin 263-cü maddəsi ilə cinayət işi başlanması rədd edilmiş və onun barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçü qərarın surəti Mingəçevir ŞPŞ-nin DYPB-nə göndərilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-ci il tarixli 1194 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol qəbulu aşkar edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Hacıyev X6 şəhəri, H.Əliyev prospektində idarə etdiyi **-DK-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 05 radələrində yolun 2-ci hərəkət zolağından 1-ci hərəkət zolağına çıxaraq yolun kəsik xətlənmiş hissəsində geriyə dönmə etmək istəyərkən onunla eyni istiqamatdə hərəkətdə olan X1 idarə etdiyi Mersedes Benz markalı avtomobili vuraraq, onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar