Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-722/2024 06.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati qərar qəbul edilmiş X1 iştirakları ilə, X1 Mingəçevir şəhər DYPB-nin “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayətə Mingəçevir şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər DYPB-nin inzibati xəta haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati qərar qəbul edilmiş X2 şikayətə uyğun izahat vermiş və şikayətinin təmin olunmasını xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılımalıdır. Belə ki, X2 şikayət ərizəsini məhkəməyə təqdim etsə də, şikayət ərizəsində göstərdiyi əlavə sənədlər şikayətə əlavə edilməmiş, eyni zamanda tələbi düzgün göstərməmişdir. Beləliklə, hesab edirəm ki, X2 tərəfindən təqdim edilmiş şikayət ərizəsi natamam olduğundan, həmin şikayət onu təqdim edən şəxsə geri qaytarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə hesab edir ki, Mingəçevir şəhər DYPB tərəfindən “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Mingəçevir şəhər DYPB tərəfindən qəbul edilmiş TP ******* saylı qərarından verilmiş şikayət ərizəsi geri qaytarılsın . HAKİM: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-722/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-722/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver