Məhkəmə qərarları › İş №3(051)-725/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-725/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-725/2022 01.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Azərbaycan Respublikasının Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi X5 Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X1, Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X7, Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X11 Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X15 Zərərçəkmiş şəxslər X8 etibarnamə üzrə nümayəndəsi X9, X12, X13 Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs və onun qanuni nümayəndəsi X3 Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs vəkili Vəkil iştirakı ilə xx.xx.2005–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, Yevlax rayonu, Aran ə/d, Aran qəsəbəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs müxtəlif vaxtlarda xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022ci il tarixdə isə iki dəfə olmaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Mingəçevir şəhər H.Əliyev pr-də yerləşən “Heydər parkı”nda Əsgər Əhmədova məxsus “Redmi Note 10S” markalı telefonu ondan telefonla danışmaq bəhanəsi ilə alaraq uzaqlaşmışdır. Sonradan isə telefonu geri qaytarmayaraq, Əsgər Əhmədovu aldadaraq, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Mingəçevir şəhərində bazarda tanışı Murad Musayevdən 20 manat alaraq geri qaytarmamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə X6 məxsus 90 manat dəyərində “Redmi Note 7” markalı telefonu oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Mingəçevir şəhərində “Dostluq” parkında Şəxs tərəfindən oğlu Musayev İlkaya məxsus “Samsung A10S” markalı telefonu aldadaraq oğurlamaqla, Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan Şəxs izahatında göstərdi ki, oğurluğu ehtiyacı olduğu üçün etmişdir. Əməlindən peşmandır. Odur ki, məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs qanuni nümayəndəsi X10 izahatında bildirdi ki, Şəxs onun oğludur. Oğlunun yetkinlik yaşına çatmadığını və buna görə də qərar qəbul edərkən izahatında göstərilənləri nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs vəkili Vəkil müdafiə etdiyi şəxsin yetkinlik yaşına çatmamasını, əməlindən peşman olmasını yüngülləşdirici hal kimi nəzərə alınmasını qeyd edərək, daha yüngül tənbehin tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi X14 məhkəmə iclası zamanı protokolun dəlillərini müdafiə etdi və qanunauyğun qərar qəbul olunmasını xahiş etdi. Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X2 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Mingəçevir şəhər H.Əliyev pr-də yerləşən “Heydər parkı”nda Əsgər Əhmədova məxsus “Redmi Note 10S” markalı telefonu ondan telefonla danışmaq bəhanəsi ilə alaraq geri qaytarmayaraq aldadaraq, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Mingəçevir şəhərində bazarda tanışı Murad Musayevdən 20 manat alaraq geri qaytarmamaqla və xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə X6 məxsus 90 manat dəyərində “Redmi Note 7” markalı telefonu oğurlamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X16 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Mingəçevir şəhərində “Dostluq” parkında Şəxs tərəfindən oğlu Musayev İlkaya məxsus “Samsung A10S” markalı telefonu aldadaraq aparmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 qanuni nümayəndəsi X17 məhkəmə iclası zamanı izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs xx.xx.2022ci il tarixdə Mingəçevir şəhər H.Əliyev pr-də yerləşən “Heydər parkı”nda Əsgər Əhmədova məxsus “Redmi Note 10S” markalı telefonu ondan telefonla danışmaq bəhanəsi ilə alaraq geri qaytarmayaraq aldadaraq təmsil etdiyi şəxsə maddi ziyan vurduğunu və məhkəmədən müvafiq cəzanın verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X18 məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ilə barışdığını, borcunu tam ödədiyini, buna görə də həmin iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X19 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində “Dostluq” parkında ona məxsus “Samsung A10S” markalı telefonu aldadaraq aparmış və ona ziyan vurmuşdur. Buna görə də məhkəmədən müvafiq cəzanın verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 227.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi icra məmurunun izahatı, özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-723/2022 saylı inzibati işlərə eyni vaxtda baxılması haqqında qərardadına əsasən Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı və xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə müvafiq olaraq 3(051)-725/2022 saylı, 3(051)-724/2022 saylı, 3(051)-726/2022 saylı və 3(051)-723/2022 saylı inzibati işlər, 3(051)-723/2022 nömrə ilə qeydiyyata alınmışdir. Şəxs xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Mingəçevir şəhər H.Əliyev pr-də yerləşən “Heydər parkı”nda Əsgər Əhmədova məxsus “Redmi Note 10S” markalı telefonu ondan telefonla danışmaq bəhanəsi ilə alaraq uzaqlaşmışdır. Sonradan isə telefonu geri qaytarmayaraq, Əsgər Əhmədovu aldadaraq; xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Mingəçevir şəhərində bazarda tanışı Murad Musayevdən 20 manat alaraq geri qaytarmamaqla; xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə X6 məxsus 90 manat dəyərində “Redmi Note 7” markalı telefonu oğurlamaqla; xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Mingəçevir şəhərində “Dostluq” parkında Musayev İlkaya məxsus “Samsung A10S” markalı telefonu aldadaraq oğurlamaqla; Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, zərərçəkmiş şəxslərin və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin izahatını, eləcə də digər materialları ilə müəyyən edilir ki, Şəxs müxtəlif vaxtlarda-xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə isə iki dəfə olmaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bununla belə məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM–in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs X18 məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ilə barışdığını, borcunu tam ödədiyini, buna görə də həmin iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdikləri səbəbindən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227.ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli və onun barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı və xx.xx.2022-ci il tarixli MN ******* saylı protokollar üzrə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 54.6-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı və xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməli və inzibati tənbeh tətbiq edərkən yüngülləşdirən halların olması yəni səmimi peşmançılığı və yetkinlik yaşına çatmaması nəzərə alınmalı dır. Belə ki, Azərbaycan Respublikası İXM–in 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olması və yetkinlik yaşına çatmaması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs təqsirinin dərəcəsini, şəxsiyyətini və yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, onun barəsində ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 34, 39.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə icraata xitam verilsin. Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 160 (bir yüz altmış) saat ictimai işlər, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 160 (bir yüz altmış) saat ictimai işlər, və xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 220 saat (iki yüz iyirmi) ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun və Şəxs inzibati tənbehi yaşadığı ərazidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar