Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-725/2023 15.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X2, Barəsində protokol tərtib edilmiş şəxs: X3 iştirakı ilə xx.xx.1981-cb ildə Mingəçevir şhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış və inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X7 xx.xx.2023-cü il tarixdə Mingjəçevir şəhəri Naxçıvan küçəsi ev 50, mənzil 24-də yaşadıqları evdə X4 məxsus əşyaları sındırmış və ona 142 manat ziyan vurmuşdur. Bu hərəkətləri ilə X6 Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə X7 özünü təqsirli bilməyərək göstərdi ki xx.xx.2023-cü il tarixdə 16.30 radələrində yaşadığı mənzilə girərkən yaşadığı otağın açıq olmasını görmüşdür. Bunun səbəbəni onunla birlikdə yaşayan qardaşı Roman və onun ailə üzvlərindən soruşanda qardaşı ona yaxınlaşıb əoli və ayağı ilə onu vurmuşdur. Həmin zaman qardaşı oğlu Əl idə ona arxadan yaxınlaşıb onu vurmuşdur. Həmin vaxt o özünü müdafiə etmək məqsədi ilə evdə olan süpürgə ilə onları vurmuşdur. O heç kimə ziyan vurmamışdır. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X8 bildirdi ki, xx.xx.2023-cü il tarixdə 16.30 radələrində yaşadıqları mənzilə baldızı X7 daxil olarkən onun otağının açıq olduğunu görmüş və bu səbəbdəndə onlarla mübahisə etmişdir. Mübahsə zaman İlahə əri və oğlu Əli ilə birbirilərini vurmuşlar. Hadisə zamanı İlahə ona məxsus əmlakları sındırmış və nəticədə ona maddmi ziyan vurmuşdur. Odur ki, məhkəmədən X1 ona dəymiş ziyanı tələb edir. İşdə olan xx.xx.2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 barəsində toplanmış material üzrə cinayət tərkibi əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmişdir. İşdə olan qərardaddan görünür ki, X3 barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan Mobil MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sındırılmış əşyaların dəyəri 142 manat olaraq qiymətləndirilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X7 xx.xx.2023-cü il tarixdə Mingjəçevir şəhəri Naxçıvan küçəsi ev 50, mənzil 24-də yaşadıqları evdə X4 məxsus əşyaları sındırmış və ona 142 manat ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, X3 ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İş materiallarında olan ekspert rəyindən də göründüyü kimi zərərçəkmiş şəxsə 142 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini nəzərə alaraq, hesab edir ki, X3 barəsində AR İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, həmçinin 142 manat məbləğində vurulmuş əmlak zərərinin əvəzinin zərərçəkmiş şəxsə ödənilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib vurulmuş ziyanın bir misli miqdarında 142 (yüz qırx iki) manat məbləğində inzibati cərimə edilsin. X1 vurulmuş əmlak zərərinin əvəzi olaraq 142 (yüz qırx iki) manat məbləğində pul alınıb zərərçəkmiş şəxs X5 verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-725/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-725/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver