Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-726/2023 15.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X1, Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs və onun qanuni nümayəndəsi X2 iştirakı ilə xx.xx.2007-cü ildə Mingəçevir şhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış və inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında işüzrə icraatda açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y YƏ N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə 16.30 radələrində yaşadıqları mənzildə ailə münasbətləri zəminində bibisi X4 ilə mübahisə etmiş mübahisə zamanı onu döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə 16.30 radələrində bibisi X4 yaşadıqları mənzilin onun yaşadığı otağın açıq olması səbəbindən onunla mübahisə etmişdir. Mübahisə zamanı İlahə uca səslə ailə üzvlərini söymüşdür. Mübahisə zamanı o, İlahəyə evdən çıxıb getməsini bildirmişdir. İlahə bundan əsəbləşərək süpürgəni götürmüş və onu vurmağa başlamışdır. Oda müqavimət göstərək İlahəni itələmişdir. O ilahəni vuramaışdır, sadəcə olaraq onları aralamaq məqsədi ilə onları itələmişdir. Odur ki, məhkəmədən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə 16.30 radələrində yaşadıqları mənzilə daxil olarkən onun otağının açıq olduğunu görmüş və bu barədə qardaşı və onun ailəsinə irad bildirdikdə onlarla mübahisə etmişdir. Mübahisə zamanı qardaşı və onun oğlu Əli onu döymüşlər. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan 10 avqust 2023-cü il tarixloi «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qəraradan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir və barəsində inzbağti qaydada tədbir görülməsi üçün qərarıe surəti Mingəçevir şəhər PŞ-nn İTB-nə verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə 16.30 radələrində yaşadıqları mənzildə ailə münasbətləri zəminində bacısı X3 döyərək ona fiziki ağrı yetirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs X3 döyərək ona fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün qismən etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxsnın yetkinlik yaşına çatmayan olmasını Azərbaycan Respublikası İXM-nin 32.1.2-ci maddəsinə əsasən və inzibati xətanı ilk dəfə inzibati xəta törətməsini isə Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsini rəhbər tutaraq məhkəmə onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətlərdirir. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Şəxsnın əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 21,40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-726/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-726/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver