Məhkəmə qərarları › İş №3(051)-728/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-728/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-728/2021 13.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi X4 katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, sürücü işləyən, məhkum olunmamış, Ağdam rayonu Mərzili kəndində qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri, AZ.Dress 3 saylı qəsəbədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-859/2020 saylı qanuni qüvvəyə minmiş icra sənədi əsasında 1462.50 manat borcun ödənilməmiş və bununla əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcunun ödənişini tam və vaxtında etməmiş, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-859/2020 saylı icra sənədi ilə cavabdeh Şəxs tutulmalı olan puldan 1462.50 manat məbləğində borcu qalmışdır. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu pulu ödəməkdə bəzi problemlər yaratmış, yəni tam və vaxtında ödəməmişdir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Şəxs hazırki vaxta olan borcu 1462.50 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəməd baxılan vaxt borcu tərəfindən 600 manat məbləğində ödəniş edilmişdir. Bununla belə protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bununla belə tələbkar məhkəməyə teleqram ünvanlayaraq, Şəxs ona qətnamə üzrə götürmüş olduğu öhdəlikləri icra etmir və qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Borclu Şəxs iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərdi ki, həqiqətən, Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-859/2020 saylı icra sənədi ilə ondan tutulmalı olan puldan 1462.50 manat məbləğində borcu qalmışdır. O bildirir ki, maddi cəhətdən vəziyyəti çox pis olmuşdur. Ona görə də qalan borcunu vaxtında ödəyə bilməmiş və gecikdirmişdir. Hazırda isə həmin 1462.50 manat borcundan 400 manat məbləğində ödəniş etmiş, bir neçə günə də 200 manat pulu ödəyəcəkdir. Qalan borcunu isə qısa müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, işdə olan Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-859/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4032,50 (dörd min otuz iki manat, əlli qəpik) manat maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4062,50 (dörd min altmış iki manat, əlli qəpik) manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşdə olan tələbkar Zərərçəkmiş şəxs tərəfindən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş 27.08.2021-ci il tarixli ərizədən görünür ki, Şəxs həmin tarixə ona 1462 manat qalıq borcu qalmışdır. İşdə olan 05.10.2021-ci il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Şəxs olan borcundan 400 manat məbləğində ödəniş edilmişdir. İşdə olan “pulun qəbulu” 13.10.2021-ci il tarixli Aktdan görünür ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs çatası 200 manat pulu Mingəçevir ŞİPŞ-in icra məmuru Sənan Hacıməmmədov qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48- 50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar