Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-728/2024 04.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Elza Cəbrayılzadə Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2, Zərərçəkmiş şəxslər X1 iştirakı ilə xx.xx.1971-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə, Mingəçevir şəhəri Prokurorluğunun inzibati binasının qarşısında xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində vətəndaş Nərgiz Osmanova, Şəxs və Natiq Abdullayev qarşılıqlı olaraq birbirini döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özümü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun ona gücü çatmaz. Əməliyyatdan yeni çıxmış insandır. Natiq onun alnına və böyürbaşına zərbələr vurmuşdur. Yoldaşının vurmağa getdiyindən o aralamaq istəmişdir. Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X6 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, ilk dəfə Osmanova Nərgizin müraciət daxil oldu. İzahatlar alındı. Bundan sonra 102-ə prokurorluğun inzibati binası qarşısında münaqişə olmasına dair məlumat daxil oldu. Bundan sonra məsələ araşdırıldı. Məsələnin kökündə əmlak olduğu və bu səbəbdən tərəflər arasında münaqişə olduğu müəyyən edildi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Araz marketdən işdən çıxırdı. Belə ki, o, səhər smeni işləyir. Yorğun idi. 15 gün Qarabağda, 15 gün isə burada işləyir. Dayısı ona demiş ki, yataqxanada ev vardır. O, cavab verdi ki, evi nə etsin. Dayısı söyləmiş ki, evlənəndən sonra harada yaşayacaq? O da buna cavabən söyləmiş ki, xalasının evi var. Orada qalmaq niyyətindədir. Bu vaxt dayısı xalasını söymüşdür. Sonra o evə istirahət etmək üçün getmişdir. O evdə olanda anası gəlib dayısının bacısını təhqir etdiyini ona söyləmişdir. O da dayısının bu hərəkətlərini düz olmadığını izah etmək üçün yanına getmişdir. Dayısı onu yerə yıxıb boğmuşdur. O isə dayısının üzünə şillələr vurmuşdur ki, onu buraxsın. Deyilənlər yalandır. İkisi bir-birinin sözünü deyir. İkisi də onu vurmuşdur. Dayısı arvadı şillə vururdu. Dayısı isə onu boğurdu. Onu öldürmək qəsdinə durmuş idi. O onları döyməyib. Yalandır. İşə məhkəmə qaydasında tam baxılmasını istəyir. O barışmır. Onun döyülməsinə dair sübutları vardır. Təpik atsa idi, izi qalardı. Həkimə getməli idi. O həkimə getmişdir və Sənədləri vardır. Şahidləri yalançı şahidlərdir. Orada hadisə vaxtı heç kəs yox idi. Şəxs şikayətçidir. Odur ki, onun barəsində qanuna müvafiq qərar gəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, Natiqi tanımır. Briqadir və Nərgiz oturacaqda oturmuşdular. O isə onlarla üzbəüz arxası yola olmaqla söhbət edirdi. Birdən onlar dedilər ki, gəlir. Oğlan sarı koftalı idi. Onu polisə bənzətdi. Yolu keçib gəldikdən sonra çox əxlaqsız söyüşlər deməyə başladı. Qorxdu və üzünə baxmağa çəkindi. Günay dedi ki, qohumlarıdı. Nərgizin yoldaşı dedi ki, söyüş söyməsin. Bu vaxt Nərgizin yoldaşını döydü, sonra Nərgiz araya girdi. Nərgizi də döydü. Sonra ikisinidə döydü. Qorduğuna görə heç nə edə bilmədi Sahibin başı vurulmaqdan qıpqırmızı olmuşdu. O, gördüyünü danışmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, onlar Yaşıllaşdırma İdarəsinin işçiləridirlər. O, briqadirdir. Ər-arvadı tanıyır. Çünki onlar yaşıllaşdırmanın işçiləridirlər. Oğlanı isə qiyabi tanıyır. Onlar iş başında idilər. Saat 12-ə işləmiş və ya yarısı olardı. O işçilərə nəzarət edir. Natiq qaça-qaça yolu keçdi. Nərgizə tərəf gəlirdi. Sahib onun qabağına çıxdı. Onda bir-birlərini vurmağa başladılar. Çox qorxdu bu zaman. Yaxın dura bilmədi. 102-ni yığdığını deyib yığdı. Bundan sonra oğlan getdi. Sahib özünü müdafiə edirdi. Arvadı Nərgiz aralamağa çalışırdı. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, yoldaşının ata mülkünün mübahisəsidir. Onlar 7 il kirayədə yaşamışlar. Ondan sonra yoldaşı ata evindən pay almaq məqsədilə məhkəməyə müraciət etmişdir. Onlar məhkəmə qaydasında o evə köçmüşlər. Həmin evə qətnamə əsasında köçdükdən sonra ona, yəni baldızı oğluna qarşı heç bir söz-söhbəti olmamışdır. Onlar arasında problem olmamışdır. O, prokurorluğun inzibati binasının qarşısında yer süpürəndə, belə ki, o orada işləyir. O, parkı süpürür. Gəldi ona dedi ki, o ailə qurub həmin evdə yaşamaq istəyir. O ona demiş ki, yoldaşı buna icazə verməz və polisə şikayət edər. Yoldaşı ilə eyni parkda işləyir. Yoldaşı nə olduğunu soruşmuşdur. O isə olanları yoldaşına söyləmişdir. Dəfələrlə bu hallar baş verdikdən sonra polisə şikayət etmişdir. Bundan sonra o yenə onu təhqir etmişdir. O, 102-ə yığdığından o getmişdir. Həmin gün yoldaşının bacısı, yəni həmin şəxsin anası gəlib yoldaşına onu istinad edərək təhqir etmişdir. Bundan sonra yoldaşı da onun qızı haqqında həmin təhqiri etmişdir. Baldızı bundan sonra bu oğlanı qızışdırıb onların üstünə yollamışdır. Həmin vaxt parkda o, yoldaşı və briqada olmuşlar. Bu oğlan yoldaşına dəfələrlə zəng etmişdir. Ancaq söz-söhbət olmasın deyə cavab verməmişlər. Çoxlu sayda nalayiq mesajlar atmışdır. Bundan sonra onların iş yeri olan parka gəlmişdir. Onları təhqir edərək onun, yoldaşının yox, onun üzərinə hücum etmişdir. Bundan sonra itələşmiş və bir-birinin boğazlarından yapışmışlar. O, aralamışdır. Ona vurmuş və onun proşkisi düşmüşdür. Hətta ona təpikdə atmışdır. O heç kimə vurmamışdır. Onun 45 yaşı vardır. Öz dayısına hücum çəkmişdir. Həmin xərçəngdir və əməliyyat olunmuşdur. Utanmır, əl qaldırır. Briqədir 102-ni yığan kimi çıxdı-getdi. Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi icra məmurunun izahatı, özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X5 ilə X5, Şəxs ilə X5 qarşılıqlı olaraq bir-birlərini vuraraq, döyməsi inzibati hüquq pozma sayıldığından və cinayət tərkibinin əlamətləri olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. Bundan həmin qərarın məzmunundan görünür ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarxixli 516 N-li rəyinə əsasən, X4 bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarxixli 517 N-li rəyinə əsasən, Şəxs bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 528 N-li rəyinə əsasən, X1 bədənində aşkar olunan xəsarətlər: - döş qəfəsinin ön səthində sıyrıqlar küt əşyanın (alətlərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü tarixə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri Prokurorluğunun inzibati binasının qarşısında xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində vətəndaş Nərgiz Osmanova, Şəxs və Natiq Abdullayev qarşılıqlı olaraq bir-birini döymüşdür. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri Prokurorluğunun inzibati binasının qarşısında X3 vuraraq ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157– ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Belə ki, X1 döyülməsi məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 528 N-li rəyinə əsasən, X1 bədənində aşkar olunan xəsarətlər: - döş qəfəsinin ön səthində sıyrıqlar küt əşyanın (alətlərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü tarixə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur, rəyinə əsasən müəyyən edilmişdir. Bundan başqa inzibati xəta törətmiş şəxs və onun arvadı verdiyi izahatlarında döyüldüklərini və şahid qismində dindirilmiş şəxslər Şəxs və X4 döyüldüyünü iddia etsələrdə, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 516 N-li rəyinə əsasən, X4 bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 517 N-li rəyinə əsasən, Şəxs bədənində xəsarət aşkar olunmamışdır, bununla da onların və şahid qismində dindirilmiş şəxslərin verdikləri izahatlar və ifadələr təkzib olunmuşdur. Bundan əlavə məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslər zərərçəkmiş şəxslərin iş yoldaşı olduğundan məhkəmə həmin şahidlərin məhkəməyə vermiş olduqları ifadələri mötəbər sübut qismində qəbul etmir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Həmin Məcəllənin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-728/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-728/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver