Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-73/2025 14.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə Yetkinlik yaşına çatmayan Şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 329.3-cü, 334.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmə iclasından kənar qaydada baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsindən Mingəçevir şəhər İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2024-cü il tarixli 2-34548/24 nömrəli məktub Azərbaycan Respublikası İXM-in 43-cü maddəsinin 1-ci bəndinə əsasən baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2007-ci il tarixdə doğulmuş, yetkinlik yaşına çatmayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 329.3-cü, 334.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında materiala baxılarkən müəyyən olundu ki, inzibati xəta haqqında protokol İXM-in 100.1.7-ci maddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda yetkinlik yaşına çatmayan Şəxs AR İXM-in 329.3cü, 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi göstərilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı protokolda göstərilməmişdir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının inzibati xəta haqqında protokolda göstərilməsi zəruri hesab edilmişdir. Həmçinin inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin qanuni nümayəndəsi tərəfindən imzalanmamışdır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Həmin Məcəllənin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatının inzibati xəta haqqında protokolda göstərilməməsi, protokolun yetkinlik yaşına çatmayan Şəxs qanuni nümayəndəsi tərəfindən imzalanmaması həmin protokolun natamamlığına dəlalət edir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində protokol tərtib edilmiş şəxsin müdafiə hüququ da pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 61.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması imperativ qaydada göstərilmişdir. Qeyd olunan nöqsanların mövcudluğu şəraitində protokola baxılması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, natamam tərtib olunduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Yetkinlik yaşına çatmayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 329.3-cü, 334.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Mingəçevir Şəhər Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-73/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-73/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver