Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-730/2022 03.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim : Mingəçevir şəhər Polis şöbəsindən məhkəməyə göndərilmiş MN1552555 №li xx.xx.2022ci il tarixli inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2022-ci il tarixdə X3 məxsus Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçəsində yerləşən evin zirzəmisindən 32 diametrlik ölçüdə işlənmiş dəmir boruları oğurlamışdır. X2 Məcəlləsinin 227-ci maddəsi ilə inzibati material tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhəri Şəfa bağ massivində tanımadığı şəxsin həyətinə daxil olaraq oradan 10 ədəd, hər birinin uzunluğu 2 metr olan, 32 diametr ölçüdə işlənmiş dəmir boruları oğurlamışdır. Əməlindən peşmandır. Vurmuş olduğu ziyanı ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahatında bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati işi üzrə zərərçəkmiş kimi tanınmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Şəxs heç bir şikayəti və tələbi yoxdur. İnzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, inzibati xətanı törətmiş Şəxs dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxs X4 ilə barışmışdır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-730/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-730/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver