Məhkəmə qərarları › İş №3(051)-731/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-731/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-731/2021 30.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi X7 katibliyi ilə xx.xx.1983-cü il tarixdə Kəlbəcər rayonu, Zər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, İİ qrup əlilliyə görə pensiyası olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, 23.06.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan alimentin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq aliment ödənişlərini tam və vaxtında etməmiş, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirak etdiyi məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli icra sənədi ilə cavabdeh Şəxs 23.06.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşaq üçün 100 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. X2 dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment borcunu ödəməkdə bəzi problemlər yaratmış, yəni tam və vaxtında ödəməmişdir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. X3 hazırki vaxta olan aliment borcu 790 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən gecikdirir, əksik ödəyir və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclası zamanı göstərdi ki, məhkəmə tərəfindən təyin olunmuş aliment məbləği borclunun pensiyasından tutulmuşdur. Lakin son 4-5 ay ərzində borclunun pensiyası dayandıırlmışdır. Borclu isə alimenti ödəmir. O da təkbaşına uşağı saxlaya bilmir. Hesab edir ki, borclu alimenti ona tam şəkildə ödəməlidir. Odur ki, məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli icra sənədi ilə ondan 23.06.2008-ci il təvəllüdlü oğlu X1 üçün hər ay üçün 100 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O məhkəmənin nəzərinə çatdırır ki, İİ qrup əlildir və aylıq cəmi 130 manat əlilliyə görə pensiya alırdı. Hazırda həmin pensiya tibbi müayinədən təkrar keçdiyinə görə müvəqqəti dayandırılmışdır. Bundan əvvəl də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin vaxt onun barəsində inzibati xəta haqqında qərar çıxarılmışdır. Buna baxmayaraq yenə də bacardığı qədər aylıq aliment ödənişlərini etməyə çalışır. Ona görə də, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 23.06.2008-ci il təvəllüdlü X1 üçün hər ay 100 manat sabit pul məbləğində aliment 18.10.2016-cı il tarixdən başlayaraq, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. İnzibati xəta haqqında Protokoldan və icra məmurunun iştirak etidiyi məhkəmə iclası zamanı verdiyi izahatdan aydın olur ki, borclu aliment ödənişi öhdəliyindən tam yayınmamış, aylıq müəyyən gecikmə və əksikliklərə də olsa da, aliment ödənişi etmişdir. Bununla bərabər borclu İİ qrup əlildir və tək gəliri aylıq 130 manat məbləğindəki sosial müavinətidir. Bundan başqa verilən sorğulara gələn cavablardan da görünür ki, borclunun əlavə iş yeri və ya hər hansı bir əmlakı mövcud deyildir. Məhkəmə hesab edir ki, icra məmuru yuxarıda qeyd olunan halları nəzərə alıb borcluya borclu olduğu aliment məbləğini ödəməsi üçün müəyyən qədər daha vaxt verməli idi. Göründüyü kimi borclunun icra sənədini icra etməkdən qərəzli boyun qaçırması və icra məmurunun qanuni tələblərinə əməl etməməsi ilə bağlı inzibati xəta haqqında protokolda istinad olunan dəlillər işin həqiqi hallarına uyğun deyildir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar