Məhkəmə qərarları › İş №3(051)-731/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-731/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-731/2022 10.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati protokola və əlavə edilmiş sənədlərə baxaraq M ü ə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol Mingəçevir şəhər PŞ tərəfindən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxs X1 əvvəlki məhkəmə iclasında oğurlanmış əşyaların qiymətlərinin düzgün göstərilmədiyini, həmçinin ona dəymiş ziyanın düzgün hesablanmadığını bildirdi. Məhkəmə hesab edir ki, oğurlanmış əşyaların qiymətlərinin, eləcə də zərərçəkmiş şəxsə dəymiş ziyanın müəyyən edilməsinə zərurət vardır. Lakin bununla bağlı hər hansı bir sənəd, mütəxəssis rəyi materiala əlavə edilməmişdir. Ona görə iş üzrə obyektiv, qanuni qərar qəbul olunması mümkün deyil. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun geri qaytarılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar