Məhkəmə qərarları › İş №3(051)-732/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-732/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-732/2024 15.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, Mingəçevir şəhər prokurorunun köməkçisi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3, Zərərçəkmiş şəxs X4, xx.xx.1985-ci ildə Ağdam rayonu, Seyidli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Abşeron rayonu, Masasız qəsəbəsi Zəngilan şəhərciyində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157-ci maddəsi ilə inzibati icraat materiallarına baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Mingəçevir şəhər prokuroru tərəfindən məhkəməyə göndərilmiş inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixdə Mingəçevir şəhərində yerləşən X11 X1 döyərək sonuncuya döş qəfəsinin ön səthində qançır xəsarəti yetirməklə döymüşdür. Mingəçevir şəhər prokurorunun köməkçisi X10 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində yerləşən X11 X1 döyərək sonuncuya döş qəfəsinin ön səthində qançır xəsarəti yetirməklə döymüşdür. Bununla da inzibati xətalar məcəlləsinin 157-ci maddəsində nəzərdə tuutlan inzibati xətanı törətmişdir. Həmin xətanı törətməsi ekspertiza rəyi ilə də təsdiq olunur. Lakin tərəflər barışdıqlarından qərarın qəbul edilməsi ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildiridi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, anası insult keçirtmişdi. Ona dediləri ki, “Şəfa” klinikasında “mrt” müayinəsi aparılacaqdır. Orada söz-söhbət oldu. Dava olmadı. Belə ki, o belə bir şey xatırlamır. O, Vaqif həkimi vurmamışdır. Anası ölümcül vəziyyətdə olmasına baxmayaraq həkimlər onun anasını müayinə etməkdən imtina etmişlər. Vaqif həkimdən üzr istəyir. Etdiyi əməldən peşandır. O həmin vaxt anasına görə narahat olduğundan özündə olmamışdır. Hazırda isə barışıq əldə edildiyindən icraata xitam verilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs onunla mübahisə etmiş, nəticədə zərbə dəymişdir. Maliyyə Nazirliyindən “Şəfa” klinikasına pul ayrılır. Çünki Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında “mrt” müayinəsi yoxdur. Ona görə müayinə müvafiq klinikalarda başa çatdırılır. “Şəfa” klinikasına acil şöbəsində heç kəs yox idi. Ona görə də o, heç nə edə bilmədi. Lakin artıq barışmışlar. Ona görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 50 № li 19 sentyabr 2024-cü il tarixli rəyində göstərilir ki, X4 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət- döş qəfəsinin ön səthində qançır küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi. Yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. İşdə olan X9 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, zərərçəkmiş şəxs X9 ilə barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 39-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 48–50, 53, 106, 112, 114, 117 və 128–130-cu maddələrini rəhbər tutub Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar