Məhkəmə qərarları › İş №3(051)-733/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-733/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-733/2022 04.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022–ci il tarixdə saat 14:30 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bildi və göstərdi ki, o taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə tanışı Sahil adlı şəxs ona zəng edərək Şəfa bağ massivində dəmir parçaları olduğunu və həmin dəmir parçalarının metal qəbuluna təhvil verilməli olduğunu bildirmişdir. O da deyilən ünvana getmiş və həmin dəmir parçalarını maşına yükləmişdir. Daha sonra isə həmin yerdən uşaqlaşmaq istəyən zaman polis əməkdaşları ona maşınını saxla üçün işarəsi vermişlər. Lakin o, saxlamamışdır. Bundan sonra polis əməkdaşları təkrar eyni işarəni vermişlər və o, maşını saxlamışdır. Bu zaman polis əməkdaşları maşının yük yerində olan dəmir parçalarının haradan götürdüyünü soruşmuşlar. O isə həmin dəmir parçalarının avtomobilində olan şəxslərə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları həmin şəxslərdən həmin dəmir parçalarının haradan götürdüklərini soruşduqda, onlar həmin dəmirləri özlərinə məxsus evdən götürdüklərini bildirdilər. Bundan sonra isə polis əməkdaşları onlardan şübhələndiyi üçün onları polis şöbəsinə dəvət etmiş, lakin avtomobilində olan şəxslər qaçmışlar. O da həmin yerdən qaçmaq istəsə də, qaça bilməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə, o, getmək istəməmişdir. Ona görə də aralarında sözlə mübahisə olmuşdur. Sonradan o, polisin qanuni tələblərinə tabe olmuşdur. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-in İTB-nin polis sahə rəisi X1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 14:30 –da 1 saylı inzibati ərazidə xidmətdə olan zaman 2 nəfər şəxsin özlərini şübhəli apardıqlarını görmüşdür. Həmin şəxslərin VAZ 2106 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilə əyləşdiklərini görmüş və onlara yaxınlaşmışdır. O, avtomobilə yaxınlaşıb özünü təqdim edən zaman avtomobildə 4 nəfər şəxsin olduğunu görmüşdür. Bundan sonra avtomobilin yük hissəsində dəmir parçalı olduğunu görmüş və həmin şəxslərdən dəmir parçalarının haradan aldıqlarını soruşduqda onlar şübhəli cavab vermişdirlər. Bundan sonra isə 3 nəfər şəxs oradan qaçmışdır. Şəxs isə məcburi qaydada polis şöbəsinə gətirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022–ci il tarixdə Mingəçevir şəhəri, Şəfa bağ massivində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 926 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoldan görünür ki, Şəxs spirtli içki qəbulu aşkar edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022–ci il tarixdə Mingəçevir şəhəri, Şəfa bağ massivində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs təqsirini etiraf edərək əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcud olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamamsını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Qərarın icrası Mingəçevir İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar