Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-733/2024 04.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhəri YNH inspektoru, polis kapitanı X3, İnzibati xəta törətmiş şəxs: Şəxs və müdafiəçisi X1, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi Chevrolet malibu markalı **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək yol hərəkəti qaydalarını pozub Mercedes benz CLK - 230 markalı **-MU-*** nömrəli avtomaşınla toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, şəhərdə avtomobillə hərəkət edirdi gedirdi. Xanım onun arxasınca düşdü. S.Vurğun küçəsində onun yolunu kəsdi. O da avtomobili saxladı. Onun üstünə hücuma gəlirdi. Ona vurmaq istəyirdi. Onlar bir-birini əvvəldən tanıyırlar. Şəhər adamı kimi bir-birlərini tanıyırlar. Heç bir düşmənçilikləri yoxdur. Arxadan vurdu ki, guya o onu arxadan vurmuşdur. O, 102 xidmətinə zəng etdi. Amma polis gec gəldi. Maşını lizinqlə əldə etmişdir. Hələ də pulu ödəyir. O narahat oldu ki, avtomobilin qabaq hissəsi məhv oldu. Sonra baxdılar ki, nə onun maşınında, nə də qarşı tərəfin maşınında heç bir problem yoxdur. Ondan sonra sürüb çıxıb getmişdir. Toqquşma gecə saat 11 radələrində olmuşdur. Polislərin gəlməsi yarım saat çəkdi. Xərci qarşılamağı təklif etmişdir. Lakin qarşı tərəf razı olmamış və işə məhkəmədə baxılmasını istəmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs müdafiəçisi X2 məhkəmə iclası zamanı verdiyi izahatında qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhəri YNH inspektoru, polis kapitanı X5 məhkəmə iclası zamanı izahatında bildirdi ki, 20 oktyabr 2024-cü il tarixdə 102 məlumatı əsasında Dilarə Əliyevə küçəsində yol-nəqliyyat hadisəsi baş verməsi və hadisə yerindən yayınma ilə bağlı məlumat daxil olmuşdur. Polislərdə o da getmişdir. Lakin xanımların heç biri orada deyildi. Səhər 102 məlumatına əsasən Xanımlar Şöbəyə dəvət edib izahatlarını aldılar. Bir xanım deyir ki, onun avtomobili dayanmış ona arxadan avtomobillə vurmuşlar. Digər xanım isə deyir ki, qarşı tərəf dayanıb yolu kəsmiş və arxa-arxaya verərək onun avtomobilini vurmuşdur. Dəymiş zərər akatları almış və baxış keçirərkən müəyyən olmuşdur ki, digər avtomobil arxadan vurmuş və avomobilin arxa buferi qırılmışdır. Onlar da inzibati xəta haqqında protokol tərtib etmişlər. İdarə etmək hüququ olmadığına görə inzibati protokol tərtib etdilər. Dəfələrlə barışığa dəvət etmişlər. Onlar yola gəlmədilər. Könül deyir ki, gəlib arxadan avtomobillə onu vurmuşdur. Digər xanım isə iddia edir ki, qarşı dayanıb yolu kəsdi arxaya verərkən onun avtomobilinə dəydi. Orada görüntü yoxdur. Kamera yoxdur. Protokola uyğun qərar çıxarılmasını xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, hadisə 7 nömrəli məktəbin qarşısında olmuşdur. Avtomobilini arxadan vurdu. Uşağı avtomobildə olduğu üçün avtomobilini yavaş idarə edirmiş, bu vaxt qarşı tərəf avtomobilin sürətini artırıb onun avtomobilini vurmuşdur. 102-ni ilk öncə qarşı tərəf yığdı. Bir oğlan gəlib qarşı tərəfin avomobilini apardı. O isə gözlədi və gözlədiyi müddət ərzində 2 dəfə 102-yə zəng etdi. 40 dəqiqə gözləmişdir. Protokola uyğun qərar çıxarılmasını xahiş edir. İşdə olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan AE217872 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2015-ci il tarixdə verilmiş xx.xx.2025-ci il tarixədək etibarlılıq müddəti olan B kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz CLK230 minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. İşə əlavə edilmiş 24 iyul 2023-cü il tarixli etibarnamədən görünür ki, X6 mülkiyyətində olan **-DZ-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz CLK230 minik markalı, **-MU-*** qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixədək idarə etməyi Zərərçəkmiş şəxs etibar etmişdir. İşə əlavə olunmuş AZE MİS portalından çıxarışdan görünür ki, Şəxs sürücülük hüququ yoxdur. İşə əlavə olunmuş nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, Mercedes Benz CLK230 minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə cəmi 197 manat xərclənmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi Chevrolet malibu markalı **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək yol hərəkəti qaydalarını pozub Mercedes Benz CLK230 minik markalı, **-MU- *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hadisənin başqa formada olduğunu və yol nəqliyyat hadisəsinin baş verməsinin səbəbkarı kimi zərərçəkmişi göstərsə də, buna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan smetadan aydın olur ki, həmin hadisədə ziyan çəkən tərəf Zərərçəkmiş şəxs olmuş və zərər onun idarəetməsində olan avtomobilə dəymişdir. Bundan əlavə Şəxs yol nəqliyyat hadisəsində günahsız olduğunu iddia etməsinə baxmayaraq qarşı tərəfə təmir xərclərini ödəməyə razı olduğunu söylədiyini məhkəmə iclası zamanı izahatında bildirmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs ziddiyyətli izahatlar vermişdir. Ona görə də məhkəmə Şəxs verdiyi izahatı özünü müdafiə kimi qiymətləndirir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-733/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-733/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver