Məhkəmə qərarları › İş №3(051)-734/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-734/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-734/2024 12.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi X1 iştiraki ilə xx.xx.1956-cı ildə Yevlax rayonu, Varvara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Mingəçevir şəhəri, Günəş döngəsi, küçə 10-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Qeyd olunan protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Mingəçevir şəhəri, Sabir küçəsində “Hundai Santafe” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxaya doğru hərəkət edən zaman Zərərçəkmiş şəxs vurub ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, özünə məxsus “Hundai Santafe” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Mingəçevir şəhəri, Sabir küçəsində yerləşən çörək sexinə getmiş və bu zaman idarə etdiyi avtomobili 10 saylı “Qərənfil” uşaq bağçasına gedən yolun kənarında saxlamışdır. Çörək alıb həmin avtomobilə əyləşərkən avtomobili arxaya doğru idarə edərkən həmin küçədə piyadanı görməyərək onun iki ayağının üstündən keçmiş, Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qızı Günay xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Mingəçevir şəhəri, Sabir küçəsi ilə 9 nömrəli məktəb tərəfindən üzü “Dram Teatr”ın dairəsi istiqamətində piyada hərəkət edən zaman uşaq bağçasının yanında “Hundai Santafe” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil arxaya doğru hərəkət edərkən onun iki ayağının üstündən keçmişdir. Bundan sonra o yerə yıxılmış və həmin avtomobil yenidən irəli doğru hərəkət edərək yenidən ayağının üstündən keçmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 535 №li rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar olunan xəsarət: hər iki ayağında və sağ budunda qaçırlar və sağ ayağın arxa səthində yaralar, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhəti qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli 2109 №li rəydən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmamışdır. Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Bəkirov X3 Şəhər Polis Şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:55-də Mingəçevir Şəhər xəstəxanasının PHŞ-nın acil şöbəsində tibb bacısı Əliyeva telefonla məlumat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ünvan 1 ünvanda yaşayan xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs hər iki ayağın əzilmiş yarası xəsarətini almasını bildirmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əlamətlər olduğundan inzibati qaydada tədbir görülməsi üçün ŞPŞ-nın DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 327.8. Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində şəhərin M.Ə.Sabir küçəsində yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq ona yüngül zərər vurmaya aid xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 327.8-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Digər tərəfdən işə baxılması zamanı müəyyən edildi ki, barəsində protokol tərtib edilmiş şəxs danışılanları aydın eşitmir. Məhkəmə göstərilən halı nəzərə alaraq hesab edir ki, bununla bağlı barəsində protokol tərtib edilmiş şəxs müalicə almalıvə həm özünün həm də digər şəxslərin həyatını təhlükəyə atmamaq üçün bir müddət avtomobili idarə etməməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın mövcud olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmək hüququnun müəyyən müddətə məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar