Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-735/2022 14.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X1 Mingəçevir şəhər icra və probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs oğlu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Mingəçevir şəhər məhkəməsinin 2(051)-978/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədi ilə Zərərçəkmiş şəxs 2335 manat borc pul və ödənilmiş dövlət rüsumu kimi 65 manat pulu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-978/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 2335 manat pul və ödənilmiş dövlət rüsumu kimi 65 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-978/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 2335 manat pul və ödənilmiş dövlət rüsumu kimi 65 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. Borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Borcunu hissə-hissə ödəyə bilər. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-978/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2335 manat pul və ödənilmiş dövlət rüsumu kimi 65 manat pul alınıb ona verilməlidir. Lakin Şəxs bu vaxta qədər borcundan heç bir ödəniş etməmişdir. Borcun ödənilməsini tələb edir. Əks halda Şəxs həbs cəzasının verilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-978/2022 №li xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 2335 manat pul və ödənilmiş dövlət rüsumu kimi 65 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs icra sənədinin icra etməməsinin hüquqi nəticələri dəfələrlə izah edilmiş, lakin o, bu vaxtadək heç bir ödəniş etməmişdir. Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış qərarı çıxarılaraq axtarış işi açılmışdır. Tapıldıqdan sonra icra və probasiya şöbəsinə gətirilmiş, icra sənədini icra etməkdən boyun qaçırdığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 15:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-735/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-735/2022
14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver