Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-735/2023 21.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu X2 Quba Rayon Polis X6 Patrul xidmətinin inspektorunun 10 sentyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan, barəsində protokol tərtib edilmiş şəxs tərəfindən verilmiş şikayətə baxmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində protokol tərtib edilmiş X1 Rayon Polis X6 Patrul xidmətinin inspektorunun 10 sentyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şikayətin materiallarını araşdıraraq müəyyən etdi ki, inzibati xəta Quba rayonunun ərazisində törədildiyindən, inzibati iş aidiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, inzibati xəta Quba rayonunun ərazisində törədildiyindən, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol Quba rayonunda tərtib olunmuşdur. Belə olan halda X2 Quba Rayon Polis X6 Patrul xidmətinin inspektorunun 10 sentyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət toplanmış materiallarla birlikdə baxılması üçün aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ qanunda nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİ: X2 Quba Rayon Polis X6 Patrul xidmətinin inspektorunun 10 sentyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət toplanmış materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-735/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-735/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver