Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-736/2022 04.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Mingəçevir şəhər polis şöbəsinin İTB-nın sahə rəisi X1 iştirakı ilə, xx.xx.1997-ci ildə Şəki rayonu Qaratorpaq kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 84, mənzil 11A yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyənetdi: Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddlərin satış məqsədi olmadan şəxsi istehlak miqdarında istifadə etməsi müəyyən olunmuş, şüphəli kimi saxlanılaraq polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdilər. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, Orxan və Sahil ilə dəmir yığmaq üçün Mingəçevir şəhəri Şəfa Bağ massivi ərazisinə getdilər. Onlar orada dəmir və turba tapdılar. Taksi çağırıb dəmir və turbaları taksiyə yüklədilər. Onlar oradan tərpənən zaman polis əməkdaşları onları saxladılar. Onlkardan maşının yük yerinə olan dəmir və turbaları haradan aldıqlarını soruşdular. Onlar sonra ərazidən qaçdılar. Təxminən 1-2 saat sonra polis əməkdaşları onları saxlayaraq polis şöbəsinə gətirdilər. Polis şöbəsində araşdırma zamanı onu narkoloji testdən keçirdilər. Onun narkotik vasitə olan heroin istifadə etdiyi məlum olmuşdur. O, heroindən son bir ayda 3-4 dəfə istifadə etmişdir. Səhvini başa düşmüşdür. Əməlindən peşmandır. Mingəçevir şəhər polis şöbəsinin İTB-nın sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə polisin qanuni tələbinə tabe olmamış, daha sonra polis şöbəsinə gətirilmiş, araşdırılma zamanı onun heroindən istifadə etməsi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bİlkinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı həmçinin onun şəxsiyyətinin yəni, narkomaniyadan xəstəliyindən əzab çəkməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, iş materialında olan 04 noyabr 2022-ci il tarixli 1656 nömrəli rəydən görünür ki, Şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin tələbinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Odur ki, Məhkəmə hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məcburi müalicə Şəxs həbs müddəti başa çatdıqdan sonra icra edilməlidir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bİlkinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 03 noyabr 2022-ci il tarixdən, saat 20:00-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Məcburi müalicə Şəxs inzibati həbs müddəti başa çatdıqdan sonra icra edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-736/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-736/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver