Məhkəmə qərarları › İş №3(051)-737/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-737/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-737/2020 26.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Zərərçəkmiş şəxs: X1 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxx 1982-cı ildə Mingəçevir şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ünvan 1 mənzil 85 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, X2 məxsus olan, ünvan 2 ünvandan yerləşən binanın qarşısında olan 70 manat dəyərində olan velosipedi gizli yolla talayıb oğurlamışdır. Bundan başqa Şəxs xx xxxx 2020-ci il tarixdə, X4 məxsus olan Mingəçevir şəhəri N.Nərimanov prospekti 51 saylı yaşayış binasının qarşısında olan 70 manat dəyərində olan velospedi gizli yolla talayıb oğurlamışdır. Bundan başqa Şəxs xx xxx 2020-ci il tarixdə, Göyüşov Sərxan Çingiz oğluna məxsus olan Mingəçevir şəhəri Niyazi küçəsi 28a saylı evin qarşısında olan “Vaz-2101” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən 64 manat dəyərində olan əmlakını gizli yolla talayıb oğurlamışdır. Eləcədə Şəxs xx xxx 2020-ci il tarixdə, X3 məxsus olan Mingəçevir şəhəri N.Nərimanov küçəsi 38, mənzil 88 saylı evin blokunda X3 oğluna məxsus olan 90 manat dəyərində velospedi gizli yolla talayıb oğurlamışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Odur ki, icraatda olan 3(051)-737/2020 saylı, 3(051)-738/2020, 3(051)-739/2020 və 3(051)-740/2020 saylı inzibati işlər birləşdirilməli, işə 3(051)-739/2020 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı, xx.xx.2020-ci il tarixli MN ******* saylı, xx.xx.2020 tarixli MN ******* saylı və xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-737/2020 saylı, 3(051)-738/2020 saylı, 3(051)- 739/2020 saylı və 3(051)-740/2020 saylı inzibati işlər 3(051)-740/2020 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Sədrlik edən Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar