Məhkəmə qərarları › İş №3(051)-737/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-737/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-737/2022 05.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1978-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1855/2019 saylı, 04 dekabr 2019-ci il tarixli icra vərəqəsinə əsasən 21 iyun 2017-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü Fidan və xx.xx.2010-cü il təvəllüdlü Rafiq adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment X3 xeyrinə tutulmuş, lakin Şəxs müəyyən edilmiş məbləğləri ödəməmiş və nəticədə 5000 manat məbləğində borcu yaranmışdır. Alimentin ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, borclu aylıq borcunu davamlı ödəməyə başlamışdır. Tərəflər arasında razılıq əldə olunmuşdur, ona görə də izahatında göstərilənləri nəzərə alıb qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, bir müddət imkanı olmadığından alimenti ödəyə bilməmişdir. Hal-hazırda mütəmadi olaraq aliment borcunu ödəyir. Borcunu ödəməkdən boyun qaçırmır. Qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ancaq məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq heç bir şikayətinin olmadığını, borclunun hissə-hissə borcunu ödədiyini, buna görə də inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1855/2019 saylı, 04 dekabr 2019-ci il tarixli icra vərəqəsinə əsasən 30 iyul 2019-cu il tarixdən başlayaraq, xx.xx.2008ci il təvəllüdlü Fidan və xx.xx.2010-cü il təvəllüdlü Rafiq adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutulub X3 xeyrinə tutulması qət olunmuşdur. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra məmuru Səmədova Ayşən xx.xx.2019-cu il tarixdə icraatına daxil olmuş Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-1855/2019 saylı, 04 dekabr 2019 tarixli icra sənədi üzrə icraata başlamışdır. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası barədə Bildirişdən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixli qərarla icraata başladığı Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-1855/2019 saylı, 04 dekabr 2019 tarixli icra sənədində göstərilən tələbi dərhal icra etməsi tələb olunmuşdur. İşə əlavə olunmuş ərizədən görünür ki, Şəxs və tələbkar X6 aliment borcunun ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu borcunu müvəqqəti ödəyə bilməmişdir. Hal-hazırda isə o aliment borcunu hər ay davamlı ödəməyə başlayıb və bu o deməkdir ki, o borcunun icrasından boyun qaçırmır. Tələbkar ilə aralarında olan mübahisə həllini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, borclu öhdəliyindən qəsdən imtina etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından borclu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəi barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın tələbkarın ərizəsini, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər.. HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar