Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-739/2020 26.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi və Zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1982-cı ildə Mingəçevir şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ünvan 1 mənzil 85 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i m: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, X2 məxsus olan, ünvan 2 ünvandan yerləşən binanın qarşısında olan 70 manat dəyərində olan velosipedi gizli yolla talayıb oğurlamışdır. Bundan başqa Şəxs xx xxxx 2020-ci il tarixdə, X6 məxsus olan Mingəçevir şəhəri N.Nərimanov prospekti 51 saylı yaşayış binasının qarşısında olan 70 manat dəyərində olan velospedi gizli yolla talayıb oğurlamışdır. Bundan başqa Şəxs xx xxx 2020-ci il tarixdə, Göyüşov Sərxan Çingiz oğluna məxsus olan Mingəçevir şəhəri Niyazi küçəsi 28a saylı evin qarşısında olan “Vaz-2101” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən 64 manat dəyərində olan əmlakını gizli yolla talayıb oğurlamışdır. Eləcədə Şəxs xx xxx 2020-ci il tarixdə, X3 məxsus olan Mingəçevir şəhəri N.Nərimanov küçəsi 38, mənzil 88 saylı evin blokunda X3 oğluna məxsus olan 90 manat dəyərində velospedi gizli yolla talayıb oğurlamışdır. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair 3(051)-737/2020 saylı, 3(051)-738/2020 saylı, 3(051)- 739/2020 saylı və 3(051)-740/2020 saylı işlər birləşdirilərək 3(051)-739/2020 saylı vahid nömrə verilməli, həmin işlərə eyni icraatda və eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, X2 məxsus olan, ünvan 2 yerləşən binanın qarşısında olan 70 manat dəyərində 1 ədəd velosipedi oğurlamışdır. Bundan əlavə xx xxxx 2020-ci il tarixdə, X6 məxsus olan Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 38, mənzil 88 saylı evin blokunda olan 90 manat dəyərində olan velospedi oğurlamışdır. Bundan əlavə xx xxx 2020-ci il tarixdə X4 məxsus olan 90 manat dəyərində velosipedi oğurlamışdır. Eləcəd də xx xxx 2020-ci il tarixdə Göyüşov Sərxan Çingiz oğluna məxsus olan Mingəçevir şəhəri Niyazi küçəsi 28a saylı evin qarşısında olan “Vaz-2101” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən 64 manat dəyərində olan əmlakını oğurlamışdır. Səhvini başa düşmüş və əməlindən peşmandır. Zərər çəkmiş şəxs X5 məhkəmə iclasında Şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənilməsini tələb etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, S.Sultanovun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halın olmamasını, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №3(051)-739/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-739/2020
26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver