Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-741/2020 16.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Yevlax rayonu, Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 8 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində ucadan səs-küy salaraq, ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM- in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində ucadan səs-küy salaraq, ünvansız nalayiq söyüşlər söymüşdür. Əməlindən peşmandır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanışahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, həqiqətən Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində ucadan səs-küy salaraq, ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində ucadan səs-küy salaraq, ünvansız nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx xxxxxx 2020–ci il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan,rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi : Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-741/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-741/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver