Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-741/2021 21.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: X2 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1998-ci il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Astara rayonu, Siyaku kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 227–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Şəxs X2 etibarından sui-istifadə etməklə onun 250 manat pulunu ələ keçirmiş və barəsində 21.09.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək göstərdi ki, X3 17.08.2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu avtomobillə Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayondan Xırdalan şəhərinə aparan zaman tanımış və yol gedən zaman Nahid Aslanov ona başına gələn hadisələri danışmışdır. Bu zaman yalandan ona DİN-nin baş idarəsində işləyən polkovnik Əli müəllimin sürücüsü olduğunu və onu həkim komissiyasından 700 manata keçirə biləcəyini söyləmişdir. 24.08.2021-ci il tarixdə Nahid Aslanov onunla telefon əlaqəsi saxlayan zaman yalnız 250 manat pul tapdığını bildirmiş, bu zaman N.Aslanova whatsapp sosial şəbəkəsindəki səhifəsinə həyat yoldaşı Aybəniz Muradovanın adına olan “Kapital bank”a aid kartın foto şəklini atmış, həmin gün saat 12:47 radələrində N. Aslanov onun həyat yoldaşı A.Muradovanın kart hesabına 250 manat pulu göndərmiş, bankomatdan 250 manat pulu çıxardıqdan sonra Nahid Aslanovla əlaqə saxladığı ***-***-**-** saylı mobil nömrəni söndürmüş, bundan sonra isə Nahid Aslanovla heç bir telefon əlaqəsi saxlamamışdır. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə edərək, barışmışdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı izahatında göstərdi ki, təqsirləndirilən şəxs Şəxs onun etibarından sui-istifadə etməklə 250 manat pulunu ələ keçirmişdir. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxs X4 tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra dəymiş ziyanı ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbləri yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, dolayısı ilə zərərçəkmiş şəxs X4 şikayət və tələbinin olmamasını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan, 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-741/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-741/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver