Məhkəmə qərarları › İş №3(051)-741/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-741/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-741/2022 11.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: X1 Barəsində protokol tərtib edilmiş: Şəxs iştirakı ilə xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, evli, Kəlbəcər rayonu, Zar kəndində qeydiyyatda olan və Mingəçevir şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsində Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2022-ci il tarixdə işlətdiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən mağazanın qarşısında X2 vuraraq döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, o, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən mağazada 2ci əl məişət avadanlıqlarının alqı-satqısı ilə məşğul olur. X3 xx.xx.2022-ci il tarixdə işlənmiş paltaryuyan maşın almaq üçün həmin mağazaya gəlmiş və 170 manata satılan Vestel markalı işlənmiş paltaryuyan almaq istədiyini bildirmiş və buna görə də beh vermişdir. Sonradan isə həmin paltaryuyanı bir hərbiçiyə satmışdır. Ceyhun Məmmədov isə həmin paltaryuyanın başqasına satıldığını bildikdə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Ceyhun Məmmədov ona nalayiq söyüşlər demiş və təpik atmışdır. Bundan sonra isə o Ceyhunu vurmuşdur. Dayısı oğlu Vüqar isə onları aralamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı ifadə verərək bildirdi ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən mağazada 2-ci əl məişət avadanlıqlarının alqısatqısı ilə məşğul olunduğunu bilib xx.xx.2022-ci il tarixdə işlənmiş paltaryuyan maşın almaq üçün həmin mağazaya gəlmiş və 170 manata satılan Vestel markalı işlənmiş paltaryuyan almaq istədiyini bildirmiş və buna görə də beh vermişdir. Sonradan isə Şəxs həmin paltaryuyanı bir hərbiçiyə satmışdır. O, isə həmin paltaryuyanın başqasına satıldığını bildikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs və dayısı oğlu Vüqar Qasımov onu döymüşlər. Bununla belə hazırda Şəxsla barışmışdır. Odur ki, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli 550 saylı ekspert rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər sol çiyində sıyrıq, sol əlində qançır bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər. Sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İXM-in 157-ci maddəsinə əsasən tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başanılması haqqında qərarından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. Məhkəmə məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X2 vuraraq, sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla belə o hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM-in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 53.0.9–cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs zərərçəkmiş şəxs X3 ilə barışmışdır. Zərərçəkmiş şəxsin hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar