Məhkəmə qərarları › İş №3(051)-742/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-742/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-742/2020 17.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Şəfiyeva Könül Səməd qızının katibliyi, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxxxx 1987-ci ildə Rusiya Federasiyasında doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Mingəçevir şəhəri, Bozdağ küçəsi ev 4 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Qres qəsəbəsində məhləli evə girərək 20 kg qoz və xx.xx.2020-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanının qarşısından “Naviqator” matkalı velosipedi oğurlaması ilə bağlı Mingəçevir şəhər Polis şöbəsindən protokollar daxil olmişdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən Şəxs müxtəlif vaxtlarda törətdiyi hər iki inzibati xəta məhkəmənin səlahiyyətinə aid olduğu üçün, həmin inzibati xətalar eyni vaxtda baxılmasını məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə, günorta saatlarında Mingəçevir şəhəri, Qres qəsəbəsində tək tikili ev görmüş və oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə həmin evə hasardan tullanaraq daxil olmuş, daha sonra evin giriş qapısından daxil olmaq istəmişdir, lakin qapı bağlı olduğundan evə daxil ola bilməmişdir. Bu zaman, həyətdə olan rəflərə baxmış və orada 20 kg qoz olduğunu görmüşdür. Un torbasında olan çərəzi götürərək oradan uzaqlaşmışdır. Daha sonra həmin çərəzi 20 manata satmışdır. xx.xx.2020-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanının qarşısından “Naviqator” matkalı velosipedi oğurlamış və həmin velosipedi 70 manat dəyərinə satmışdır. Əməlindən peşmandır. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, ona daha yüngül tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Qres qəsəbəsində yerləşən həyət evi ona məxsusdur. Ona məxsus evdən, 20 kg qoz Şəxs tərəfindən oğurlanmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Şəxs barəsində qanunla nəzərdə tutulmuş ağır tənbehin verilməsini xahiş edir. İlkin araşdırma vaxtı izahatı alınmış, məhkəmə iclasında izahatı elan olunmuş zərərçəkmiş şəxs X1 izahatından görünür ki, doğurdan da ona məxsus “Naviqator” markal velosiped oğurlanışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Şəxs barəsində qanunla nəzərdə tutulmuş ağır tənbehin verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, belə ki, İnzibati xətanı il ərzində təkrar törətməsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb digər tənbehin tətbiqini kifayət saymayaraq hesab edirəm ki, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı Şəxs ödəmək iqtidarında olmadığı üçün zərərçəkmiş şəxslərə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququq izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 18:00-dan hesablansın. Zərərçəkmiş şəxslərə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququ izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar