Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-742/2021 23.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxx 1977-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: İnzibati xəta haqqında protokola görə Şəxs 20 sentyabr 2021-ci il tarixdə, saat 19:30-da Mingəçevir şəhəri, S.Vurğun küçəsində işlətdiyi «Şahin Milli Xörəklər» adlı kafenin ərazisində yerləşən kabinetə «Covid-19» pasportu olmayan müştəri buraxaraq, karantin qaydalarını kobud surətdə pozmuşdur. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən «Şahin Milli Xörəklər» adlı kafeni işlədir və vergi ödəyicisidir. 20 sentyabr 2021-ci il tarixdə «Covid-19» pasportu olan bir nəfər şəxs şam yeməyi üçün kafeyə gəlmiş, onun da «Covid-19» pasportu olmuşdur. Ona görə həmin şəxs kafenin ərazisində olan kabinetə yerləşmişdir. Lakin sonradan həmin şəxsin qardaşı kafenin ümumi girişindən kənar sahədən qardaşını axtarmaq üçün kabinetə daxil olmuşdur. Həmin şəxsin gəlişindən onun və digər işçilərin xəbəri olmamışdır. Çünki kafenin ərazisi nə dəmir torla, nə də daş hasarla əhatə olunmamışdır. Ona görə də kabinet kafenin ərazisində olsa da, ona ümumi girişdən kənar daxil olmaq mümkündür. Həmin şəxsdən ondan istifadə edərək birbaşa kabinetə daxil olmuşdur. Ondan sonra isə polislər gəlmiş və yoxlama zamanı bu halı aşkar etmişlər. Ondan sonra onun məlumatı olmuşdur. Ona baxmayaraq, polis əməkdaşları tərəfindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Həmin şəxsin kafeyə gəlməsindən xəbəri olmamışdır. Eləcə də, «Covid-19» pasportu kafenin ümumi giriş qapısında yoxlandığına görə həmin kabinetə qulluq edən işçinin də məlumatı olmamışdır. Hesab edir ki, o, bilə-bilə həmin şəxsin kafedən istifadə etməsinə şərait yaratmamış, yalnız kafenin ətrafı açıq olduğuna görə bu hal baş vermişdir. Kafe də parkın içərisndə olduğuna görə onun ərazini əhatəyə almaq səlahiyyəti yoxdur. Odur ki, məhkəmədən inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis Şöbəsinin İTB-də polis sahə rəisi vəzifəsində işləyir. 20 sentyabr 2021-ci il tarixdə saat 19:30 radələrində, Mingəçevir şəhəri S.Vurğun küçəsində yerləşən «Şahin Milli Xörəklər» adlı kafedə karantin rejimi qaydalarının pozulması ilə əlaqədar reyd keçirilmişdir. Həmin vaxt kafedəki kabinələrin birinə «Covid-19» pasportsuz şəxsin buraxıldığı aşkar olunmuş, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələbləri pozulduğu üçün kafeni işlədən Şəxs barəsində akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 20 sentyabr 2021-ci il tarixdə qardaşının yemək yemək üçün Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən «Şahin Milli Xörəklər» adlı kafeyə getdiyini bildikdən sonra o da oraya getmək istəmiş, lakin şəxsiyyət vəsiqəsi olmadığına, yəni əslini itirdiyinə görə peyvənd ola bilməmişdir. Ona görə də onun Covid-19» pasportu yoxdur. O səbəbdən də o, qardaşının yemək yediyi Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən «Şahin Milli Xörəklər» adlı kafeyə ümumi girişdən deyil, kənar sahədən daxil olaraq, qardaşının olduğu kabinetə keçmiş, lakin onu kafeni işlədən Şəxs görməmişdir. Həmin vaxt polis əməkdaşları kafeyə gəlmiş və karantin qaydalarının pozulması ilə bağlı sənədləri yoxlayarkən qardaşının Covid-19» pasportu olsa da, onda aşkar olunmamışdır. O da polis əməkdaşlarına hadisəni bildirmişdir. İşə əlavə edilmiş 21 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 sentyabr 2021-ci il tarixdə, saat 19:30-da Mingəçevir şəhəri S.Vurğun küçəsində işlətdiyi «Şahin Milli Xörəklər» adlı kafedə kabinetə «Covid-19» pasportu olmayan müştəri buraxaraq, karantin qaydalarını kobud surətdə pozmuşdur. İşə əlavə edilmiş vergi məlumatları barədə elektron 22.09.2021-ci il tarixli sorğudan görünür ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair 22.09.2021-ci il tarixdə verilmiş ********** nömrəli VÖEN-i aktivdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 20 sentyabr 2021-ci il tarixdə, saat 19:30-da Mingəçevir şəhəri, S.Vurğun küçəsində işlətdiyi «Şahin Milli Xörəklər» adlı kafenin ərazisində yerləşən kabinetə «Covid-19» pasportu olmayan şəxsi buraxması, nəticəsində karantin qaydalarını kobud surətdə pozması, özünün izahatı və şahid qismində dindirilmiş həmin şəxsin ifadəsi ilə təkzib edilmişdir. Belə ki, həmin şəxs barəsində protokol tərtib edilmiş şəxsin nəzarət etdiyi ərazidən deyil, nəzarətsiz sahədən özbaşına olaraq kafenin ərazisində olan kabinəyə daxil olmuşdur. Çünki barəsində protokol tərtib edilmiş şəxsin istifadəsində olan kafe parkın ərazisində yerləşdiyi üçün ətrafı açıq vəziyyətdə olduğundan, müraciət edən şəxslərin «Covid-19» pasportu yoxlanılmış və müştəri kimi qəbul edilmişdir. Lakin həmin şəxs açıq sahədən daxil olduğundan, o, yoxlamadan kənarda qalmış və yoxlama aparan şəxslərin nəzarətində olmayan sahədən kafenin ərazisinə daxil olmuşdur. Ona görə də həmin şəxsdən barəsində protokol tərtib edilmiş şəxsin məlumatı olmamışdır. Belə olan halda Şəxs əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına əsaslı şübhələr yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyi sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Beləliklə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərinə əməl etməyərək, Mingəçevir şəhəri, S.Vurğun küçəsində işlətdiyi «Şahin Milli Xörəklər» adlı kafesinə «Covid-19» pasportu olmayan şəxsi buraxması nəticəsində karantin rejim qaydalarının pozulmasından ibarət inzibati xəta hadisəsində təqsirli olması sübut olunmur. Belə ki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmadığından, hazırki inzibati xəta haqqında protokolda göstərilən inzibati xəta hadisəsi Şəxs tərəfindən törədilməmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərinə əməl etməyərək, 20 sentyabr 2021-ci il tarixdə, saat 19:30-da Mingəçevir şəhəri, S.Vurğun küçəsində işlətdiyi «Şahin Milli Xörəklər» adlı kafenin ərazisində yerləşən kabinetə «Covid-19» pasportu olmayan müştəri buraxaraq, karantin qaydalarını kobud surətdə pozması iş materialları ilə istisna olunur. Azərbaycan Respublikası İXM–nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, nzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda təqsirliliyi sübuta yetirilmədiyinə görə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-742/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-742/2021
23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver