Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-743/2020 17.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ İş № - 3(051)–742/2020 İNZİBATİ XƏTAYA DAİR İŞLƏRƏ EYNİ VAXTDA BAXİLMASİ HAQQİNDA QƏRARDAD MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ 17 noyabr 2020–ci ildə Mingəçevir şəhərində Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Şəfiyeva Könül Səməd qızının katibliyi Zərərçəkmiş şəxs: X1 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxxxxx 1987-ci ildə Rusiya Federasiyasında doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Mingəçevir şəhəri, Bozdağ küçəsi ev 4 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Qres qəsəbəsində məhləli evə girərək 20 kg qozu oğurlamış və barəsində xx.xx.2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Şəxs oğlu xx.xx.2020-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanının qarşısından “Naviqator” matkalı velosipedi oğurlamış və barəsində xx.xx.2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Odur ki, icraatda olan 3(051)–742/2020 saylı və 3(051)–743/2020 saylı inzibati işlər birləşdirilməli, işə 3(051)-742/2020 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-742/2020 saylı və 3(051)-743/2020 saylı inzibati işlər 3(051)- 742/2020 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-743/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-743/2020
17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver