Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-743/2025 21.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Barəsində qəbul edilmiş qərardan şikayət verən X1 iştirakı ilə X2 barəsində tərtib edilmiş, xx.xx.2025-ci il tarixli EQ 30048660 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 1200 manat cərimə edilməsinə dair inzibati xəta haqqında protokolun ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirıliyinin Baş X8 İdarəsinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onnla əsaslnadırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə idarə etmədiyi “MAN TGX 18 480 YÜK” markalı **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmədiyi halda AYNA tərəfindən Ucar rayonu, Ucar şəhəri, Bakı istiqamətində yollarda quraşdırılmış yükə nəzarət tərəzisində avtomobilin yük çəkisi elektron çəkilərək ona cərmə yazılıb. O, sözü gedən yük avtobilini bir müddət ö n c ə sürücünü əvəz etmək məqsədi ilə bir dəfə idarə etmiş və bu məqsədlə avtomobilin sahibi X3 tərəfində ona etibarnamə verilib. Avtomobili idarə edən şəxs isə X4 olub. Bildirmək istəyir ki, sonuncu etibarnamə onun adına olduğu üçün cərimə onun adına yazılıb. Avtomobilin yük çəkisinin artıq olmasına görə o, bir dəfə cərimə olunmuş və eyni pozununun ikinci dəfə olmasına görə cərimə 1200 (bir min iki yüz) manat tətbiq edilib. Qanunsu olaraq ona tətbiq edilmiş cərimə rotokolu ya ləğv edilsin yada yükün normadan artıq olması sübutu yetirildiyi halda o avtomobili faktiki olaraq idarə edən sürücüyə tətbiq edilsin. Eyni zamanda bildirmək istəyir ki, avtomobil yük qəbul edib yola çıxan liman nə qədər yükün olması ilə bağlı faktiki olaraq imzalı sənədlər var və heç bir unq yükdən də söhbət gedə bilməz və bununla bağlı olan bütün sənədləridə təqdim edəcək. Yazılmış cərimə protokolu haqqsız və qanunsuz olaraq AYNA-ya ~əxsus elektron tərəzi tərəfindən tətbiq edilib. Məhkəmə iclası zamanı şikayəti verən şəxs ərizənin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi aidiyyəti üzrə inzibati xəta haqqında protokolu və inzibati tənbeh verilməsi haqqında qərarı qəbul etmiş orqana qarşı verilmədiyindən, şikayət geri qaytarılmalıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, şəxs barəsində Baş X8 İdarəsinin müvafiq bölməsi tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 30048660 saylı qərar qəbul edilmişdir. Şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar əslində Baş X8 İdarəsinin müvafiq bölməsi tərəfindən yol hərəkəti haqqında qanunda nəzərdə tutulmuş qaydanın il ərzində yenidən təkrar törədilməsinə görə qəbul edilmişdir. Lakin şikayət verən şəxs onun barəsində qərarı qəbul etmiş orqanın qərarından deyil, digər orqan olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Məhkəməyə şikayət etmişdir. Bu da onu deməyə əsas verir ki, şikayət ərizəsi qanunla nəzərdə tuutlmuş qaydada verilməmişdir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Bununla belə məhkəmə hesab edir ki, AR İXM-də inzibati xəta haqqında iş üzrə qərardan şəxs tərəfindən verilmiş şikayətin birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilməsindən imtina edilməsini və yaxud qaytarılmasını tənzimləyən prosessual hüquq normaları olmadığından, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi AR CPM-in müvafiq analoji normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-cı il tarixli Qərarında inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlərin cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 391.3.5-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Həmin Məcəllənin 391.3.6-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə, icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edir. Məhkəmə, hesab edir ki, X2 tərəfindən məhkəməyə təqdim edilmiş şikayətdə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar üzrə cərimə növündə inzibati tənbeh tətbiq edildiyi qeyd edilsə də, şikayətin ünvanlandığı inzibati orqan qeyri-dəqiq göstərildiyindən, hansı səlahiyyətli orqan barəsində şikayət verildiyini müəyyən etmək mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və şikayət və əlavə edilmiş sənədlər şikayət verən şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu və CPM-in 391-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : X1 xx.xx.2025-ci il tarixli EQ 30048660 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilsin və həmin şikayət ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə şikayət verən şəxsə qaytarılsın. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-743/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-743/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver